Lukaşenko Putinlə görüşə getmədi, İlham Əliyevlə danışıqlara üstünlük verdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Belarusa ikigünlük rəsmi səfərə gedir.

Virtualaz.org saytı xəbər verir ki, səfər ərəfəsində çox maraqlı və müxtəlif ehtimallara yol açan nüans ortaya çıxıb. Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya noyabrın 25-26-na nəzərdə tutulmuş səfərini gözlənilmədən təxirə salıb.
Lukaşenkonun Moskvaya səfərini qəfil təxirə salması haqda xəbər Suriya ilə sərhəddə Türkiyə tərəfindən Rusiya bombardmançısının vurulması hadisəsi ilə eyni vaxtda yayıldığından informasiya məkanında xüsusi rezonansa səbəb olmayıb.
Belarus prezidentinin administrasiyası bildirib ki, Lukaşenko “sıx iş qrafikinə görə”x9d Moskvaya səfərini təxirə salıb.
Lakin səfərin təxirə salınması üçün göstərilən rəsmi səbəb o qədər də inandırıcı hesab edilmir. Analitiklər bunu Lukaşenkonun növbəti hiyləgər manevri adlandırırlar. Çünki Lukaşenkonun noyabrın 25 və 26-da hansısa fövqəladə vacib işlərlə məşğul olması barədə heç nə məlum deyildi.
Prezidentin mətbuat xidməti bu günlər ərzində Lukaşenkonun cəmi iki təbrik teleqramı haqda məlumat yayıb.
Son vaxtlar Rusiya ilə Belarus arasında müəyyən narazılıq hökm sürür. Çünki Rusiya Belarus ərazisində aviabaza yaradılmasına dair razılıq əldə edildiyini elan etsə də Lukaşenko belə razılığın olmadığını bildirir.
Onun fikrincə, Belarus ərazisində Rusiya aviabazasının yaradılmasına zərurət də yoxdur.
Həmçinin Lukaşenko son vaxtlar Qərblə münasibətlərini qaydaya salmağa çalışır. Artıq Avropa İttifaqı onun hakimiyyətinə qarşı sanksiyaları dondurub. Belarus Qərb maliyyə təsisatlarından kredit cəlb etmək üçün danışıqlar aparır. Rusiyanın Qərbə qarşı tətbiq etdiyi ərzaq embarqosundan müxtəlif yollarla yayınmağa çalışır. Bu baxımdan səfərin hansı tərəfin təşəbbüsü ilə təxirə salındığını təxmin etmək çətindir.
Bəzilərinin qənaətinə görə, bu təşəbbüs Moskvadan gəlib. Çünki Putin indi daha vacib işlərlə məşğuldur və Lukaşenko ilə danışmağa vaxtı yoxdur. Digərlərinə görə isə Lukaşenko ölkəsinin Rusiyadan asılılığını azalda bilmək üçün manevrlər edir və aviabaza məsələsində “xoşagəlməz söhbətdən”x9d yayınmaq üçün səfəri təxirə salaraq bir müddət vaxt qazanmağa çalışır.
Ümumiyyətlə, Belarus prezidenti Rusiya ilə münasibətlərdə son vaxtlar dəfələrlə belə manevrlər edib. Və Azərbaycanla münasibətlər də bu kontekstdə Lukaşenko üçün xeyli mühümdür.
Təsadüfi deyil ki, Lukaşenko cəmi bir gün əvvəl Moskvaya səfər etmək üçün vaxt qıtlığını əsas gətirsə də Belarus mənbələri onun Azərbaycan prezidenti ilə danışıqlara xüsusi hazırlıq gördüyünü yazırdı.
Vaxtilə Rusiya Belarusu sıxışdıranda Lukaşenko kömək üçün Azərbaycana müraciət edib. Məsələn, Belarusa “Qazprom”x9da borcu təcili ödəmək üçün yüz milyonlarla dollar borc lazım olanda köməyə Azərbaycan çatıb və qısa müddət ərzində Belarusa bu vəsaiti ayırıb.
Azərbaycanın kritik məqamlarda Belarusa verdiyi dəstəyi Lukaşenko həmişə dəyərləndirib və iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

“Qarabağ”ın futbolçusu ailəsi ilə Dubaya GETDİ- VİDEO

“Qarabağ”ın futbolçusu ailəsi ilə Dubaya GETDİ- VİDEO

Putin yenə Trampla telefon danışığı apardı - TƏFƏRRÜATLAR

Putin yenə Trampla telefon danışığı apardı - TƏFƏRRÜATLAR

End of content

No more pages to load

RADİO