Əli Həsənova üz vermiş bu ağır itgiylə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib. Partiya sədrinin başsağlığında bildirilir :
"Azərbaycanın ən nüfuzlu dövlət xadimlərindən biri və cəmiyyətində bir insan kimi böyük hörmətə sahib olan Əli Həsənovla bağlı bu xəbər bizi də sarsıtdı. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından Əli Həsənova dərin hüzünlə başsağlığı verir, dərdinə şərik olduğumuzu bildiririk.
Səfiyə Anaya Allahdan rəhmət diləyir, Ruhu şad, məkanı Cənnət olsun deyirik. Allah Mərhumə Ananın bütün doğmalarına səbr versin."