İlham Əliyevlə Xoşbəxt Yusifzadənin MARAQLI DİALOQU

Xəbər verdiyimiz kimi, dekabrın 7-də Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, mərasimdə İlham Əliyevlə akademik Xoşbəxt Yusifzadə arasında maraqlı dialoq olub.

Dialoqu təqdim edirik:

Xoşbəxt Yusifzadə: Görün, nə qədər şar asılıb?!

Prezident İlham Əliyev: Sizin şərəfinizə. Təxminən üç il bundan əvvəl sizin yubileyinizi qeyd edərkən.

Xoşbəxt Yusifzadə: Təxminən üç ildir, az qalıb.

Prezident İlham Əliyev: 2020-ci ilin yanvar ayı, yubiley məclisində.

Xoşbəxt Yusifzadə: Yanvarın 14-də. Üç ilə bir-iki ay qalıb.

Prezident İlham Əliyev: Bir ay qalıb.

Xoşbəxt Yusifzadə: Bir ay yarım qalıb.

Prezident İlham Əliyev: Dedim, qərar qəbul edirəm ki, növbəti gəmi Xoşbəxt müəllimin adına olacaqdır və hamı üçün sürpriz olmuşdu, o cümlədən Xoşbəxt müəllim üçün. O bilmirdi mənim hədiyyəm nə olacaq, hədiyyəm də, bax, bu oldu.

Xoşbəxt Yusifzadə: Görürsünüz, mən həyatımı neçə illərdir dənizdə qoymuşam. Mən Sizə çox təşəkkürümü bildirirəm.

Hörmətli Prezident, doğrudan da mənə böyük qiymət verdiniz, doğrudan da mənə çox böyük bir hədiyyə etdiniz. Bu, Sizin təkcə mənə yox, bütün neftçilərə olan hörmətinizdir. Ümumiyyətlə, Siz o vaxtlar elə bizimlə on il bir yerdə işləmisiniz. Prezident olandan sonra da elə gözünüz bizim üstümüzdədir. Bizim bütün nailiyyətlərimiz Sizinlə bağlıdır.

Siz hamısı ilə fərəhlənirsiniz, bizə də diqqət yetirirsiniz.

Mən Sizə onu da deyim ki, cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar kəşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddətdə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yükdaşıyan gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşf olunmasına imkan verdi. Doğrudan da cənab Heydər Əliyev sanki, neçə il öncə gələcəyi görürdü. Doğrudan da böyük işlər gördü.

Təşəkkür edirəm Sizə, çox böyük iş gördünüz. Bu gün mənim demək olar ki, ən xoşbəxt günlərimdən biridir. Hər şeyi gözləyərdim, amma dənizdə mənim adıma gəmi olsun, vallah, bunu heç yatıb yuxuda da görə bilməzdim.

Prezident İlham Əliyev: Bu, ədalətlidir.

Xoşbəxt Yusifzadə: Özü də ki, tanker. Məsələ ondadır ki, bilirsiniz, mən demək olar bütün gəmilərdə, tankerdə də olmuşam. Çünki hava bərk külək olanda başqa gəmi ilə qırağa çıxmaq mümkün deyildi. Biz tankerlərlə qırağa çıxırdıq. Hörmətli Prezident, əgər insanın bədənini neft sənayesinə bənzətsək, gəmiçilik onun ayaqlarıdır. Gəmiçilik olmadan biz dənizdə heç bir iş görə bilməzdik. Dənizdə nə yataqlar açmışıq, nə işlər görmüşük, nə edirik, bunlar hamısı gəmiçiliklə əlaqədardır. Çünki biz suda bunsuz heç bir iş görə bilməzdik. Özü də bu gəmiçiliyin o biri gəmiçilikdən - dəniz gəmiçiliyindən fərqi ondadır ki, o birilər birbaşa bir limandan başqa limana gedir, amma bu, açıq dənizə çıxır, platformalara yaxınlaşır. Odur ki, sizin hamınıza, bütün bu kollektivə öz təşəkkürümü bildirirəm. Bu, böyük vəzifədir.

Daha nə deyim?! Bir daha təkrar edirəm ki, bu, mənim ən xoşbəxt günlərimdən biridir. Mən Sizə necə minnətdarlıq edim, necə təşəkkürümü bildirim?!

Prezident İlham Əliyev: Sağ olun, Xoşbəxt müəllim.

Xoşbəxt Yusifzadə: Daha mənim əlimdən nə gələr, ancaq onu bilirəm ki, Sizin xətrinizi dünya qədər istəyirəm, ölənə qədər də nə cənab Heydər Əliyev, nə də Siz mənim heç vaxt yadımdan çıxmayacaqsınız. Çox sağ olun, minnətdaram.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

End of content

No more pages to load

RADİO