Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir. 

Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. 

Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirilib, əlaqələrin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulanıb.

Bu baxımdan, hazırda ölkədə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edilib. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirilib. 
Azərbaycana səfərinin ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar ulu öndərin xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğulayıb. 

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərin inkişafında rolu xüsusi olaraq qeyd edilib və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulanıb. 

Hulusi Akarın ölkəyə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

Bu ölkəyə benzinlə işləyən maşın gətirmək qadağandır

Bu ölkəyə benzinlə işləyən maşın gətirmək qadağandır

Milli Olimpiya Komitəsi Ermənistan idmançıları ilə bağlı BOK-a ETİRAZ ETDİ

Milli Olimpiya Komitəsi Ermənistan idmançıları ilə bağlı BOK-a ETİRAZ ETDİ

Ramil Səfərovun uşaqları da “İdrak” liseyində oxuyur

Ramil Səfərovun uşaqları da “İdrak” liseyində oxuyur

“Qarabağ”ın heyətində DƏYİŞİKLİK

“Qarabağ”ın heyətində DƏYİŞİKLİK

Azərbaycanda kimlər silah əldə edə bilər? – HÜQUQİ İZAH

Azərbaycanda kimlər silah əldə edə bilər? – HÜQUQİ İZAH

Müəllimlər dərs ili ərzində məzuniyyəti bu şərtlərlə alacaqlar – QAYDALAR

Müəllimlər dərs ili ərzində məzuniyyəti bu şərtlərlə alacaqlar – QAYDALAR

General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

"City Garden Narimanov"da faizsiz ödəniş şərtləri ilə mənzil satışı davam edir - "Kristal!"

"City Garden Narimanov"da faizsiz ödəniş şərtləri ilə mənzil satışı davam edir - "Kristal!"

2026-nın fevral ayı ilə bağlı MARAQLI FAKT: Bir də 2037-ci ildə baş verəcək

2026-nın fevral ayı ilə bağlı MARAQLI FAKT: Bir də 2037-ci ildə baş verəcək

Günəşdə güclü PARTLAYIŞ OLDU

Günəşdə güclü PARTLAYIŞ OLDU

Nəriman Axundzadə üçün təklif var - Xaricə GEDİR

Nəriman Axundzadə üçün təklif var - Xaricə GEDİR

Nazilədən şok AÇIQLAMA: “Fatiməyə cinayət işi açılacaq” - VİDEO

Nazilədən şok AÇIQLAMA: “Fatiməyə cinayət işi açılacaq” - VİDEO

Şagirdlərdə telefon asılılığının QORXUNC FƏSADLARI – Qadağalar tətbiq etməyin VAXTIDIR

Şagirdlərdə telefon asılılığının QORXUNC FƏSADLARI – Qadağalar tətbiq etməyin VAXTIDIR

Pakistanda partlayış: Çox sayda ölü və yaralı var – VİDEO

Pakistanda partlayış: Çox sayda ölü və yaralı var – VİDEO

Burger və kolanın dəhşətli zərəri: Alimlərdən XƏBƏRDARLIQ

Burger və kolanın dəhşətli zərəri: Alimlərdən XƏBƏRDARLIQ

İstifadə etdiyiniz yastıq sizi kor edə bilər

İstifadə etdiyiniz yastıq sizi kor edə bilər

Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi

Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi

“Beşiktaş” kubokda qalib gələ bilmədi - VİDEO

“Beşiktaş” kubokda qalib gələ bilmədi - VİDEO

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Bank və dövlət sektorlarına fişinq cəhdləri olub – RƏSMİ

Bank və dövlət sektorlarına fişinq cəhdləri olub – RƏSMİ

End of content

No more pages to load

RADİO