“Xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz getməyin” – İLHAM ƏLİYEV

“Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Vüqar Süleymanovu qəbul etdi - TAM MƏTN


“Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər.

Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir.

Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun.

Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb.

Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur.

Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Tramp: “İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam” - VİDEO

Tramp: “İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam” - VİDEO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

Bakı Ağır Cinayətlər Məhkəməsində dollarlar TAPILDI

Bakı Ağır Cinayətlər Məhkəməsində dollarlar TAPILDI

“Sülh Şurası”na üzv dövlətlərin liderləri xatirə şəkli çəkdirdilər - VİDEO

“Sülh Şurası”na üzv dövlətlərin liderləri xatirə şəkli çəkdirdilər - VİDEO

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı QƏLƏBƏ

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı QƏLƏBƏ

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında İŞTİRAK EDİR - FOTO/CANLI

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında İŞTİRAK EDİR - FOTO/CANLI

Vaşinqtonda Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan liderləri BİR ARADA - VİDEO

Vaşinqtonda Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan liderləri BİR ARADA - VİDEO

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”

Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Qonşusunu döyən qadına HÖKM OXUNDU

Qonşusunu döyən qadına HÖKM OXUNDU

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO