Ermənistanla Azərbaycan arasında sülhün bərpa olunacağına ümid edirik - Vatikan dövlət katibi 

Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin yüksək səviyyəsi, ikitərəfli görüşlərin müntəzəmliyi razılıqla qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını qeyd edərək, bunun əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə etdi. 
Nazir, həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təbiətə qarşı törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib.

Azərbaycanın azad edilmiş ərazilərimizdə infrastrukturun, nəqliyyat-kommunikasiya xətlərinin bərpasını həyata keçirdiyi qeyd edilib.

Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 1990–cı illərin əvvəllərindən 3800-dən yuxarı itkin düşmüş azərbaycanlı barədə hələ də məlumat olmadığı diqqətə çatdırılıb. 

Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması və sülhün bərpa olunacağına ümid etdiyini bildirib.

O, Azərbaycanın Vatikanda Səfirliyinin açılmasının vacib addım olduğu, əlaqələrin daha da genişlənməsi üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb. 
Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Günün qəhrəmanı olan Samir keçən il də “Əlaçı” idi – VİDEO

Günün qəhrəmanı olan Samir keçən il də “Əlaçı” idi – VİDEO

Dövlət Baxçalı bu serialın bir bölümünü belə buraxmır

Dövlət Baxçalı bu serialın bir bölümünü belə buraxmır

ÇEMPİON güləşçilərimiz Vətənə qayıdıblar - FOTO

ÇEMPİON güləşçilərimiz Vətənə qayıdıblar - FOTO

Ərdoğan da uşaqla birlikdə AĞLADI - Prezident Sarayındakı görüşdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Ərdoğan da uşaqla birlikdə AĞLADI - Prezident Sarayındakı görüşdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

SON DƏQİQƏ: Dövlət Xidmətinin dörd vəzifəli şəxsi HƏBS EDİLDİ

SON DƏQİQƏ: Dövlət Xidmətinin dörd vəzifəli şəxsi HƏBS EDİLDİ

Bacısı öldürüldü, Çar Rusiyasına düşmən oldu... – Şəkili Səlim xanın 200 ildir sirri açılmayan MÜƏMMALI ÖLÜMÜ

Bacısı öldürüldü, Çar Rusiyasına düşmən oldu... – Şəkili Səlim xanın 200 ildir sirri açılmayan MÜƏMMALI ÖLÜMÜ

Birinci Liqa: “Səbail” və “Şimal” qələbə qazandı

Birinci Liqa: “Səbail” və “Şimal” qələbə qazandı

May ayına bir neçə gün qalıb... Bir metr qar yağdı

May ayına bir neçə gün qalıb... Bir metr qar yağdı

Aynişan bu dəfə geyimlərini satışa çıxardı - FOTO

Aynişan bu dəfə geyimlərini satışa çıxardı - FOTO

NAZİR növbəti 4 il üçün PREZİDENT SEÇİLDİ

NAZİR növbəti 4 il üçün PREZİDENT SEÇİLDİ

İran millisi dünya çempionatında iştirak edəcək

İran millisi dünya çempionatında iştirak edəcək

Azərbaycanda bu müddəalara DƏYİŞİKLİK ediləcək

Azərbaycanda bu müddəalara DƏYİŞİKLİK ediləcək

Tramp: “Hörmüz boğazında onları məhv etməyi ƏMR ETDİM” - FOTO

Tramp: “Hörmüz boğazında onları məhv etməyi ƏMR ETDİM” - FOTO

Bakı və Bratislava arasındakı əməkdaşlığı müzakirə etdilər - FOTO

Bakı və Bratislava arasındakı əməkdaşlığı müzakirə etdilər - FOTO

Müctəba Xameneinin SON VƏZİYYƏTİ: SEPAH komandanları onu ziyarət etməyə QORXUR

Müctəba Xameneinin SON VƏZİYYƏTİ: SEPAH komandanları onu ziyarət etməyə QORXUR

Sanksiyalar paketində məşhur MÜĞƏNNİ də var

Sanksiyalar paketində məşhur MÜĞƏNNİ də var

“Avroviziya 2026”nın təmsilçisi Jiva yeni obrazda – FOTOSSESSİYA

“Avroviziya 2026”nın təmsilçisi Jiva yeni obrazda – FOTOSSESSİYA

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: ƏSAS BƏNDLƏR

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: ƏSAS BƏNDLƏR

Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir - FOTO

Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir - FOTO

Buraxılış imtahanından 300 bal toplayanların FOTOLARI

Buraxılış imtahanından 300 bal toplayanların FOTOLARI

Sürücülərə XƏBƏRDARLIQ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərə XƏBƏRDARLIQ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

End of content

No more pages to load

RADİO