Azərbaycanın Niderland Krallığındakı səfirliyinə yeni təyin olunmuş səfir Rəhman Mustafayev etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə yeni təyin olunmuş səfir “Twitter” hesabında məlumat verib.
“Bu gün səfir kimi etimadnaməmi Kral Villem-Aleksandra təqdim etmək şərəfinə nail oldum. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlıq, elm və mədəniyyət sahəsində əməkdaşlıq və gənclərin mübadiləsi gündəliyimizdə əsas məsələlər olacaq”, - deyə diplomat qeyd edib.
Bizim.Media
