Makron İlham Əliyevlə görüşməyə can atır – Elçilər QAPIDA

“Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnaməni gündəlikdən çıxarıb. Makron həqiqətən İlham Əliyevlə görüşə getmək istəyir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbin aparıcı sosial səhifələrində yer alıb.

Bu cür xəbərlərin yayılması əslində gözlənilən və başa düşülən bir nüansdır. Çünki Fransa liderinin Azərbaycanla bağlı yanlış siyasəti və bəyanatları ölkəsini çətin duruma salıb. Üstəlik, Yelisey Sarayına Aİ dövlətlərindən basqıların sayı günbəgün artır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidenti Brüsseldə Paşinyanla görüşəcək? - İrəvandan İDDİA


Bunun da bir neçə səbəbi var:

Birincisi və ən başlıcası, fransızların ermənilərə siyasi məqsədlər üçün etdiyi himayədarlıq Aİ-nin iqtisadi maraqlarına çox ciddi zərbə vurur. Çünki, Aİ-nin enerji təhlükəsizliyndə Azərbaycan xüsusi pay sahibidir. Hazırda qaz böhranı yaşayan Avropa ikiəlli Azərbaycandan yapışıb.

İkincisi, Azərbaycan regionda artıq ən vacib güc mərkəzidir. Qafqazda və yaxın regionlarda heç bir layihə artıq rəsmi Bakının iştirakı olmadan reallaşa bilmir. Ona görə də Makronun yanlış siyasəti Fransanın və digər ölkələrin maraqlarına çox ciddi ziyan vurub.

Üçüncüsü, fransızlar ermənilərə “böyük bacı”lıq etməklə həm də Türkiyəni qarşılarına almış oldular. Türkiyə isə artıq tək regionda deyil, dünyada ən vacib güc kimi qəbul olunur.

Ona görə də Makron Fransa televiziyasına verdiyi məlum müsahibədə Azərbaycan haqqında dediyi hədyanlardan az sonra çox böyük yanlışlığa yol verdiyini anladı.
 

Məsələn, Makronun məlum çıxışından sonra İtaliya ilə münasibətlər xeyli soyuqlaşıb.


İtaliyanın Baş naziri Corc Meloni 2 həftə öncə Fransa prezidenti Emmanuel Makronu Aİ-nin siyasətinə xəyanətdə ittiham etdi.

Makron bir də onu anladı ki, Azərbaycanla hədə tonunda danışmaq dövrü artıq keçib. Azərbaycan daha əvvəlki Azərbaycan deyil. Azərbaycan regionun ən sürətlə inkişaf edən, maliyyə ehtiyatları dövlət büdcəsindən dəfələrlə çox olan və ən nəhayət, Avropa üçün unikal tranzit ölkəsidir.

Makron yanlış addımı ilə ölkə biznesinə, Fransanın ticarət imkanlarına da zərbə vurmuş oldu.

Çünki Fransanın ən böyük şirkətləri Azərbaycana milyardlarla sərmayə yatırıb. Və bu şirkətlər Fransanın xarici siyasətində müstəsna rol oynayır. 

İndi təbii proseslərdə qış mövsümünün vaxtı olsa da, QAZ təzyiqi altında yaşayan Avropanın siyasi aləmində hərarətin günbəgün qalxdığı dönəmdir.
 

Rusiyadan azalan qaz idxalı Aİ ölkələrini çətin durumu salıb.


Lakin rəsmi Bakının prinsipial mövqeyi Azərbaycandan qaz alan və almaq istəyən dövlətlərə Fransanın yanlışlarını tez-tez xatırladır. Bu xatırlatmalarsa üst-üstə yığılanda siyasi təzyiqə çevrilir.

Ona görə də Makron Aİ-dən Azərbaycana görə gələn təzyiqlər qarşısında aciz qalıb. Vəziyyətdən çıxış üçün müxtəlif yollar axtarır. Yada salaq ki, Makron dəfələrlə İlham Əliyevlə görüşdükdən sonra başqa tədbirlərdə siyasi səbatsızlıq edərək Azərbaycan əleyhinə hədyanlar söyləyib. Hər dəfə də ümid edib ki, Prezident İlham Əliyevlə görüşdükdən sonra məsələləri yoluna qoyacaq. 

Fransa Senatının qəbul etdiyi qətnamə, noyabrın 19-da Frankofoniya təşkilatının 18-ci zirvə görüşü çərçivəsində Azərbaycan əleyhinə çağırışlardan sonra isə Bakı konkret mövqe ortaya qoydu.

Hətta İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin dekabrın 7-də Aİ-nin ev sahibliyi ilə Brüsseldə keçiriləcək görüşdə Makronun iştirakına qadağa qoydu: “Əgər burada Fransa prezidenti iştirak edəcəksə, görüş olmayacaq”.  

İndi təzyiqlər artır, qışın amansız soyuqları Avropanın qulaqlarında əks-səda edir və Makron əlimyandıda bütün mümkün və mümkün olmayan variantlarla Azərbaycan Prezidentinə çıxış axtarır.

Bəs, rəsmi Bakı Makronun bu istəklərinə qarşılıq verəcəkmi?

Bunu artıq zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kubokda antirekord TƏKRARLANDI

Kubokda antirekord TƏKRARLANDI

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

Azərbaycan Rusiyaya NOTA VERDİ

Azərbaycan Rusiyaya NOTA VERDİ

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Prezident Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələri TƏSDİQLƏDİ

Xırdalanda yeniyetmə DÖYÜLDÜ - Araşdırma aparılır

Xırdalanda yeniyetmə DÖYÜLDÜ - Araşdırma aparılır

Daşınmaz əmlaka görə bu qədər ƏDV qaytarılıb

Daşınmaz əmlaka görə bu qədər ƏDV qaytarılıb

Türkiyəli aktrisa vəfat etdi – FOTO

Türkiyəli aktrisa vəfat etdi – FOTO

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

“Temu” şərtlərini dəyişdi - FOTO

“Temu” şərtlərini dəyişdi - FOTO

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

End of content

No more pages to load

RADİO