İlham Əliyev Tatarıstan prezidenti ilə görüşdü - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, Rüstəm Minnixanov Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğuladı.

O, nümayəndə heyətinin tərkibində çoxsaylı şirkətlərin təmsilçilərinin də olduğunu diqqətə çatdırdı, Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində Tatarıstanın da ölkəmizlə əlaqələrinin inkişaf etdiyini məmnunluqla bildirdi.
Bakının gözəlliyindən məmnunluğunu bildirən Rüstəm Minnixanov ölkəmizin sürətli inkişafını qeyd edərək Azərbaycanın sənaye potensialının artırılması istiqamətində görülən işləri vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, iki ölkənin prezidentləri arasındakı dialoq əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi üçün əsas istiqamətləndirici amildir.

Azərbaycan Prezidenti cari il ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəminə toxundu, özünün Rusiyaya səfərlərinin, iki ölkənin qanunverici orqanları və hökumətləri səviyyəsində səfərlərin əhəmiyyətini vurğuladı.

Ölkələrimiz arasında münasibətlərin inkişafında regionlararası təmasların vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin hərtərəfli inkişafını qeyd etdi.

Görüşdə “KamAZ”ın Azərbaycanda istehsalı məmnunluqla vurğulandı, bu xüsusda işğaldan azad edilmiş Cəbrayılda ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Araz vadisi sənaye zonasında “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulmasının önəmi qeyd olundu.

Görüşdə Azərbaycanda və Tatarıstanda fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlığa toxunuldu, bu məsələlərin Bakıda keçirilən biznes forumda daha geniş müzakirə ediləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycan-Rusiya hərtərəfli əlaqələri çərçivəsində Azərbaycan ilə Tatarıstan arasında da energetika, neft-kimya, sərmayələr, nəqliyyat, logistika, sənaye korporasiyaları, humanitar, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Prezidentin Mətbuat Xidməti yayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kubokda antirekord TƏKRARLANDI

Kubokda antirekord TƏKRARLANDI

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

Azərbaycan Rusiyaya NOTA VERDİ

Azərbaycan Rusiyaya NOTA VERDİ

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Prezident Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələri TƏSDİQLƏDİ

Xırdalanda yeniyetmə DÖYÜLDÜ - Araşdırma aparılır

Xırdalanda yeniyetmə DÖYÜLDÜ - Araşdırma aparılır

Daşınmaz əmlaka görə bu qədər ƏDV qaytarılıb

Daşınmaz əmlaka görə bu qədər ƏDV qaytarılıb

Türkiyəli aktrisa vəfat etdi – FOTO

Türkiyəli aktrisa vəfat etdi – FOTO

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

“Temu” şərtlərini dəyişdi - FOTO

“Temu” şərtlərini dəyişdi - FOTO

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

End of content

No more pages to load

RADİO