Rusiya MN-nin təhrif etdiyi YER ADLARIMIZ – Əslində necə olmalıdır?

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıların müvəqqəti nəzarəti zonasındakı ərazilərdə yerləşən yaşayış məntələrimizin adlarını təhrif etməsi son günlərdə ciddi etirazlara səbəb olub.

Xüsusilə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiyanın müvafiq nazirliyinə bununla bağlı çağırış da edib. Müraciətlər, əsasən, Qarabağ iqtisadi rayonu, keçmiş Ağdərə və Xocavəndin adlarının təhrifi ilə bağlı olub.

Bizim.Media-nın araşdırmasına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yer adlarımızın təhrifi artıq mütəmadi hal alıb.

Belə ki, sülhməramlılarla bağlı istənilən məlumatda onların xidmət etdiyi ərazinin adı “Dağlıq Qarabağ” şəklində qeyd olunur. Bu günə qədər Rusiya MN “Dağlıq Qarabağ” ifadəsindən 1951 dəfə istifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Müdafiə Nazirliyindən uydurma erməni toponimlərinə MÜNASİBƏT


Lakin Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-1991-ci illərdə mövcud olub. 1991-2021-ci illərdə isə bu ərazi Yuxarı Qarabağ adlandırılıb.  Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə bölgənin adı Qarabağ iqtisadi rayonu kimi müəyyən edilib.

Rusiya MN-nin mütəmadi olaraq təhrif etdiyi bir digər yaşayış məntəqəmiz isə Ağdərədir. Rusiya MN isə bu ərazini 490 dəfə “Mardakert” olaraq qeyd edib. Lakin Azərbaycanda Ağdərə adlı rayon da artıq mövcud deyil. Çünki Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağdərə şəhəri Tərtər rayonunun inzibati tərkibinə verilib. Rayonun ərazisi idə Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb.

Bundan əlavə, Rusiya MN Xocavənd rayonunun adını ermənilərin qoyduğu isimlə “Martuni” olaraq təqdim edir. Bu addan nə az, nə çox, 496 dəfə istifadə edilib.

Rusiya MN-də Xankəndi adından da istifadə etmirlər. Onlar daimi olaraq bu şəhəri ermənilərin uydurduğu “Stepanakert” adı ilə təqdim edirlər.

Sadalanan ərazilərimizlə yanaşı, qurumun saytında Xocalının Fərrux kəndi “Parux”, Xocavəndin Qırmızı Bazar qəsəbəsi isə “Karmir Şuka” olaraq təqdim edilir. Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi rəsmi bülletenlərində erməni leksikonu ilə danışmağı artıq adət halına gətirib. Bu isə Azərbaycan qanunlarına birbaşa hörmətsizlikdir. 
 

Digər diqqət çəkən məqam isə son vaxtlarda bu cür təhriflərə daha çox yer verilməsidir. Çünki 2020-ci il 10 noyabr bəyanatından sonrakı bir il ərzində, “Martuni” və “Mardakert” adlarından müvafiq olaraq 51 və 50 dəfə istifadə olunmuşdu. İndiki saylara nəzər saldıqda isə, son bir ildə Rusiya MN yer adlarımızı 9 dəfəyə yaxın daha çox təhrif etdiyini görə bilərik.


Bu cür vəziyyət isə Qarabağda müvəqqəti yerləşdirilmiş rus hərbi kontingentinin legitimliyini növbəti dəfə sual altında qoyur. Belə davranış sərgiləməklə Rusiya öz sülhməramlılarının gedişini sürətləndirməkdən başqa heç nəyə nail ola bilməz.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AAYDA-ya yeni rəhbər təyin olundu - SƏRƏNCAM

AAYDA-ya yeni rəhbər təyin olundu - SƏRƏNCAM

Kubokda antirekord TƏKRARLANDI

Kubokda antirekord TƏKRARLANDI

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

Azərbaycan Rusiyaya NOTA VERDİ

Azərbaycan Rusiyaya NOTA VERDİ

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Prezident Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələri TƏSDİQLƏDİ

Xırdalanda yeniyetmə DÖYÜLDÜ - Araşdırma aparılır

Xırdalanda yeniyetmə DÖYÜLDÜ - Araşdırma aparılır

Daşınmaz əmlaka görə bu qədər ƏDV qaytarılıb

Daşınmaz əmlaka görə bu qədər ƏDV qaytarılıb

Türkiyəli aktrisa vəfat etdi – FOTO

Türkiyəli aktrisa vəfat etdi – FOTO

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

“Temu” şərtlərini dəyişdi - FOTO

“Temu” şərtlərini dəyişdi - FOTO

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

End of content

No more pages to load

RADİO