''Soruşsunlar, Ermənistan Azərbaycana niyə diversantlar göndərib?'' - XİN-dən Avropa Parlamentinə REAKSİYA

Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanatın verilməsi AP üzvlərinin, ümumiyyətlə bölgədə sülh və əmin-amanlığın beynəlxalq hüququn təməl prinsipləri əsasında təmin olunması mövqeyindən çıxış etmələrinə rəğmən bölgədə mövcud olan cari vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir”- XİN


“İlk növbədə AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, AP-nin öz qətnamələrində illərdir ki, beynəlxalq hüquq prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllinə çağırdığı Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub, Azərbaycan ərazi bütövlüyünü təmin edib və BMT TŞ-nin 1993-cü il tarixli müvafiq qətnamələrinin həyata keçirilməsini təkbaşına təmin edib.

Başqa sözlə desək, AP üzvlərinin istinad etdiyi və dövlətlərarası münasibətlərin təməlini təşkil edən Helsinki Yekun Aktının sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipləri rəhbər tutulub.
 

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla bölgədə yeni reallıq yaranıb. AP üzvlərinin sözügedən üçtərəfli bəyanatın bölgədə sabitliyin təmin olunmasına gətirdiyini qeyd etməsi təqdirəlayiqdir.


Çünki hazırkı mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə tərəflər arasında etimadın qurulması üçün, məhz 10 noyabr tarixli üçtərəfli razılaşmanın icrası və bu istiqamətdə müvafiq addımların atılması vacibdir.

Azərbaycan tərəfi, öz növbəsində sözügedən razılaşmanın icrası üçün, o cümlədən humanitar məsələlərin həlli sahəsində bütün lazımi addımları atır, lakin Ermənistan tərəfinin imza atdığı bu bəyanata sadiqliyi sual doğurur.

Yaxşı olardı ki, AP üzvləri Ermənistan tərəfinə hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanata imza atdıqdan az qala 20 gün sonra nə səbəbdən Azərbaycan ərazilərinə diversant qrupunu göndərdiyi ilə bağlı sual ünvanlayardı.
 

Bəlkə o zaman AP üzvləri haqqında bəhs olunan Ermənistan hərbçilərinin heç də hərbi əsir deyil, atəşkəs elan olunduqdan sonra məqsədyönlü şəkildə Azərbaycan ərazilərinə göndərilmiş terrorçu diversant qrupunun üzvləri olduğunu anlayardı.


Ümumiyyətlə, Ermənistanın atəşkəs elan olunduqdan sonra terror aktları törətmək məqsədilə əraziyə hərbi qulluqçularını göndərməsi, bu ölkənin iştirakçısı olduğu Şərq Tərəfdaşlığının təməl prinsiplərinə və ümumilikdə Avropa dəyərlərinə hörmət etmədiyini açıq şəkildə nümayiş etdirir.

Mədəni irs məsələsinə gəldikdə isə, AP üzvlərinə yaxşı bəlli olmalıdır ki, Azərbaycanın onilliklərdir ki, işğal altında qalan ərazilərində Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs demək olar ki, məhv edilib, sözügedən abidələrin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı hərbi cinayətlərə bərabər fəaliyyət həyata keçirilib.

Bu məsələ Azərbaycan tərəfindən davamlı şəkildə beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları ilə təmaslarımız zamanı qaldırılsa da AP üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi təəssüf doğurur.
 

AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur.


Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir”, - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Tramp: “İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam” - VİDEO

Tramp: “İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam” - VİDEO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

Bakı Ağır Cinayətlər Məhkəməsində dollarlar TAPILDI

Bakı Ağır Cinayətlər Məhkəməsində dollarlar TAPILDI

“Sülh Şurası”na üzv dövlətlərin liderləri xatirə şəkli çəkdirdilər - VİDEO

“Sülh Şurası”na üzv dövlətlərin liderləri xatirə şəkli çəkdirdilər - VİDEO

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı QƏLƏBƏ

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı QƏLƏBƏ

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında İŞTİRAK EDİR - FOTO/CANLI

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında İŞTİRAK EDİR - FOTO/CANLI

Vaşinqtonda Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan liderləri BİR ARADA - VİDEO

Vaşinqtonda Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan liderləri BİR ARADA - VİDEO

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”

Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Qonşusunu döyən qadına HÖKM OXUNDU

Qonşusunu döyən qadına HÖKM OXUNDU

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO