Azərbaycan Prezidenti: “Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır”

“İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

“Beləliklə, biz bunu rəsmiləşdirməli idik və bu, baş verdi. Praqa görüşünün kommünikesinə baxsanız, görərsiniz ki, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

“Brüsseldə bir neçə görüşlərimiz keçirildi və onların hamısı uğurlu oldu” – İlham Əliyev


Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz.

Beləliklə, Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir.

Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi. Praqadakı görüşün formatı isə bir qədər fərqli idi. Çünki Fransa Prezidenti Makron bizim qrupumuza qoşuldu və mən burada bu məsələni şərh etməyi dayandırıram.
Bir daha deyirəm, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı” - deyə Azərbaycan Prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tolik bacısının nişanında AĞLADI - VİDEO

Tolik bacısının nişanında AĞLADI - VİDEO

Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ

Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Birinci Liqa: “Şahdağ Qusar”dan böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Şahdağ Qusar”dan böyükhesablı qələbə - VİDEO

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun anım günü QEYD OLUNDU - FOTO

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun anım günü QEYD OLUNDU - FOTO

Fatimə Nazilədən ÜZR İSTƏDİ - VİDEO

Fatimə Nazilədən ÜZR İSTƏDİ - VİDEO

“Aİ Rusiya ilə danışıqlara hazırdır” - Merts

“Aİ Rusiya ilə danışıqlara hazırdır” - Merts

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

"Barselona"nın yarımfinaldakı rəqibi MÜƏYYƏNLƏŞDİ

"Barselona"nın yarımfinaldakı rəqibi MÜƏYYƏNLƏŞDİ

Prezidentin AAYDA İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirli kimdir - DOSYE

Prezidentin AAYDA İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirli kimdir - DOSYE

Ermənistanda parlament seçkiləri BU TARİXDƏ keçiriləcək

Ermənistanda parlament seçkiləri BU TARİXDƏ keçiriləcək

Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri TƏYİN EDİLDİ

Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri TƏYİN EDİLDİ

Saleh Məmmədov sədr vəzifəsindən AZAD EDİLDİ

Saleh Məmmədov sədr vəzifəsindən AZAD EDİLDİ

Kubokda antirekord TƏKRARLANDI

Kubokda antirekord TƏKRARLANDI

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Dekabrda icbari tibbi sığortadan nə qədər VƏTƏNDAŞ yararlanıb? – RƏSMİ AÇIQLAMA

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Qusarın Hil kəndindəki güləş zalında yeniyetmələrlə görüş keçirilib - FOTO

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan sayt rəhbərinə HÖKM OXUNDU

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri məlum olub

Azərbaycan Rusiyaya NOTA VERDİ

Azərbaycan Rusiyaya NOTA VERDİ

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişdi - FƏRMAN

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Bakının 14 küçə və prospektində SIXLIQ VAR

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

Valideyn məsuliyyətinin ÖNƏMİ – Uşaqları “kriminal aləm” meyillənməkdən NECƏ QORUMALIYIQ?

End of content

No more pages to load

RADİO