Niderland səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI 

25 noyabr tarixində Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eizema Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət edilib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstranın 23 noyabr tarixində Niderland Parlamentinə ünvanladığı və guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədilməsi barədə bəzi iddiaların əks olunduğu məktubla bağlı narazılıq diqqətə çatdırılıb. 

Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədildiyi, yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirildiyi, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilmədiyi diqqətə çatdırılıb.

Ermənistan tərəfindən 2020-ci ilin oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutularaq insanlıq əleyhinə cinayətlər törədildiyi bildirilib. 
Ermənistanın səbəbkarı olduğu mina təhlükəsinin keçmişdə olduğu kimi bu gün də bölgədə insanların həyatına ciddi hədə olmaqda davam etdiyi, 2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 268-dək vətəndaşımızın mina qurbanı olduğu qeyd olunub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktının isə Ermənistanın yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. 

Ermənistan hökumətinin törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görmədiyi vurğulanıb.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlərə ədalətli beynəlxalq qiymətin verilməsinin və bu istiqamətdə Ermənistana təzyiq göstərilməsinin zəruriliyi qeyd olunub. 
 
Ermənistandan fərqli olaraq Azərbaycanın öz beynəlxalq öhdəliklərinə ciddi yanaşdığı və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddiaların müvafiq dövlət qurumları tərəfindən araşdırıldığı qeyd olunub.

17 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan etdiyi diqqətə çatdırılıb. 
Niderland səfiri Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Tolik bacısının nişanında AĞLADI - VİDEO

Tolik bacısının nişanında AĞLADI - VİDEO

Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ

Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Birinci Liqa: “Şahdağ Qusar”dan böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Şahdağ Qusar”dan böyükhesablı qələbə - VİDEO

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun anım günü QEYD OLUNDU - FOTO

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun anım günü QEYD OLUNDU - FOTO

Fatimə Nazilədən ÜZR İSTƏDİ - VİDEO

Fatimə Nazilədən ÜZR İSTƏDİ - VİDEO

“Aİ Rusiya ilə danışıqlara hazırdır” - Merts

“Aİ Rusiya ilə danışıqlara hazırdır” - Merts

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

"Barselona"nın yarımfinaldakı rəqibi MÜƏYYƏNLƏŞDİ

"Barselona"nın yarımfinaldakı rəqibi MÜƏYYƏNLƏŞDİ

End of content

No more pages to load

RADİO