XİN: "Ermənistanın ərazilərimizdə yeni minalar basdırması müharibə cinayətidir"

"Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur".

Bizim.Media xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Azərbaycan ərazilərində Ermənistan istehsalı olan yeni minaların aşkarlanması və davam edən mina təhdidi barədə açıqlamasında əksini tapıb.

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sarıbaba yüksəkliyində ermənilərin 350 minası zərərsizləşdirildi - FOTO


Qeyd edək ki, cari ilin avqust ayından etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilmişdir.

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də minalı ərazilərə və minalara baxış keçiriblər. 24 noyabr tarixində əraziyə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlər də səfər ediblər", - XİN-dən bildirilib.

Açıqlamada vurğulanıb ki, qeyd olunan hallar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir.

"Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi təxribatların davam etməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir.
Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir", - nazirlikdən qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Tolik bacısının nişanında AĞLADI - VİDEO

Tolik bacısının nişanında AĞLADI - VİDEO

Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ

Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Birinci Liqa: “Şahdağ Qusar”dan böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Şahdağ Qusar”dan böyükhesablı qələbə - VİDEO

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun anım günü QEYD OLUNDU - FOTO

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun anım günü QEYD OLUNDU - FOTO

Fatimə Nazilədən ÜZR İSTƏDİ - VİDEO

Fatimə Nazilədən ÜZR İSTƏDİ - VİDEO

“Aİ Rusiya ilə danışıqlara hazırdır” - Merts

“Aİ Rusiya ilə danışıqlara hazırdır” - Merts

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

End of content

No more pages to load

RADİO