“Editor.az 44 günlük müharibədə qələmini süngüyə çevirdi” – Fərid Şahbazlı ilə MÜSAHİBƏ

Editor.az bu gün 10 yaşını qeyd edir. Azərbaycanın elektron KİV-ləri arasında kifayət qədər populyar və oxunaqlı olan portal ötən müddətdə özünəməxsus xeyli sayda uğura imza atıb.

Bizim.Media olaraq biz də həmkarlarımızı təbrik edir, portalın baş redaktoru Fərid Şahbazlının arzu və fikirlərini oxucularımıza çatdırırıq:

- Fərid bəy, təbrik edirik, 10 ilin bu tayından geriyə boylananda nələri qeyd etmək istəyərdiniz?

- Təbrik və sual üçün sağ olun. Editor.az ölkəmizin internet məkanının ilk qaranquşlarındandır.

Saytın fəaliyyətə başladığı 2012-ci ildə Azərbaycanda internet media resurslarının sayı bu günkü qədər çox deyildi. Eləcə də rəqabətdə bu qədər güclü deyildi. Amma bütün çətinliklərə rəğmən biz qarşımıza qoyduğumuz hədəflərə çatdıq. 10 yaşa gəlib çatmağımızın özü də bunun sübutudur. 

- Uğurlarınızı faktların dili ilə necə ifadə edə bilərsiniz?

- 10 yaşlı Editor.az-ın bu gün gündəlik ziyarətçi sayı 25-30 min arasında dəyişir. Çalışırıq ki, izləyicilərimizə daha ciddi və vacib xəbərləri çatdıraq.

Biz şou xəbərlərindən, kriminal xəbərlərdən daha çox ciddi siyasi, analitik xəbərlərə üstünlük veririk. Və müasir dövrün çağırışlarına uyğun olaraq Editor.az öz fəaliyyətini sosial şəbəkə üzərindən çox uğurla qurmağa nail olub. Bu gün paylaşdığımız istənilən xəbərlərimiz sosial şəbəkələrdə çox böyük oxucu kütləsi tərəfindən izlənilir.
- Sizin portal 44 günlük müharibə dövründə çox aktiv idi...

- Bəli, Editor.az 44 günlük müharibədə sözün həqiqi mənasında qələmini süngüyə çevirdi. Məhz, həmin günlərdə portalımızın “YouTube” kanalı fəaliyyətə başladı.  Müharibənin getdiyi o gərgin günlərdə Editor TV tərəfindən “YouTube” platformasında rus və ingilis dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlandı.

Hazırlanan materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bilmişdi. Bu gün də dayanmırıq. İnformasiya müharibəsinin davam etdiyi bu günkü günlərdə də fəaliyyətimizi genişləndiririk.

- İnformasiya mübadiləsini necə qurmusunuz? Xarici tərəfdaşlarınız varmı?

- Həm yerli, həm də xarici KİV-lərlə kifayət qədər geniş əlaqələrimiz var. Belə ki, Türkiyə, Ukrayna, Qazaxsıtan, Özbəkistan, Pakistan və digər ölkələrin mətbuorqanları, media qurumları ilə əməkdaşlıq barədə müqavilələrimiz var. Gündəlik informasiya mübadilələri aparırıq. Bu yaxınlarda Editor.az-ın təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Türkiyə-Azərbaycan jurnalistlərinin Zəfər görüşü keçirildi. Türkiyənin bütün tanınmış media qurumları həmin tədbirə qatılmışdı. 

- Yəqin ki, yeni hədəfləriniz də az deyil?

- Bəli, növbəti ildən etibarən rus və ingilis dillərində də xəbər yayımına başlayacağıq. Eyni zamanda portalımızın “YouTube” kanalını daha da inkişaf etdirməyi düşünürük. Bu məqsədlə yeni verilişlər üzərində işlər gedir.
Digər mühüm istiqamət isə, beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Ən əsası gündəlik olaraq oxuculara keyfiyyətli və operativ xəbərlərin çatdırılmasını hədəf kimi qarşımıza qoymuşuq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi BAŞLADI - FOTO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

İlqar Mikayıloğlu nədən əməliyyat olunub? - VİDEO

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Azərbaycan klubu amerikalı basketbolçu transfer etdi

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT/VİDEO

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Sabah Biləsuvarın bəzi yerlərində İŞIQ OLMAYACAQ

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

“Marsel”in müdafiəçisi “Beşiktaş”da

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

"İdrak" liseyində güllələnən müəllim sabiq vəzifəli şəxsin NƏVƏSİ İMİŞ

Aysunun maşınını VURDULAR - VİDEO

Aysunun maşınını VURDULAR - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Zelenski Hərbi Hava Qüvvələrində kadr dəyişiklikləri edəcək - VİDEO

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Balqabaq tumunun FAYDALARI - Kimlərə olmaz?

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Türkiyə klubu yeni baş məşqçisini AÇIQLADI

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Bakıda yaşıllıqlara 25 min manatdan çox ZİYAN DƏYİB

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Tolik bacısının nişanında AĞLADI - VİDEO

Tolik bacısının nişanında AĞLADI - VİDEO

Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ

Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə bunlar DAXİL OLACAQ

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Masallıda AĞIR QƏZA: Məmur vəfat etdi

Birinci Liqa: “Şahdağ Qusar”dan böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Şahdağ Qusar”dan böyükhesablı qələbə - VİDEO

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun anım günü QEYD OLUNDU - FOTO

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun anım günü QEYD OLUNDU - FOTO

Fatimə Nazilədən ÜZR İSTƏDİ - VİDEO

Fatimə Nazilədən ÜZR İSTƏDİ - VİDEO

“Aİ Rusiya ilə danışıqlara hazırdır” - Merts

“Aİ Rusiya ilə danışıqlara hazırdır” - Merts

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı ÇAĞIRIŞ ETDİ

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

"Pulum hara getdi?" - Qənaət edə bilməyən BÜRCLƏR

End of content

No more pages to load

RADİO