\"Mən Şuşanı məmurlar paytaxtı elan etməmişəm\" - Prezident hansı məmurları tənqid etdi?

"Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah".

Bizim.Media xəbər verir ki, bunu AzTV-yə müsahibəsində Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Mərkəzi Bankın sədrini tənqid etdi: "Bu, özbaşınalıqdır"


"Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd.

Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına.
 

Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm.


Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik.

Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb.

Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır.
 

Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq bunu yenə də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu, onların şəhəridir.


Yoxsa bütün bunlar, işlər, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır.

Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu.

O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək.

Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq", - dövlət başçısında əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Tramp: “İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam” - VİDEO

Tramp: “İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam” - VİDEO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

Bakı Ağır Cinayətlər Məhkəməsində dollarlar TAPILDI

Bakı Ağır Cinayətlər Məhkəməsində dollarlar TAPILDI

“Sülh Şurası”na üzv dövlətlərin liderləri xatirə şəkli çəkdirdilər - VİDEO

“Sülh Şurası”na üzv dövlətlərin liderləri xatirə şəkli çəkdirdilər - VİDEO

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı QƏLƏBƏ

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı QƏLƏBƏ

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında İŞTİRAK EDİR - FOTO/CANLI

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında İŞTİRAK EDİR - FOTO/CANLI

Vaşinqtonda Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan liderləri BİR ARADA - VİDEO

Vaşinqtonda Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan liderləri BİR ARADA - VİDEO

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”

Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Qonşusunu döyən qadına HÖKM OXUNDU

Qonşusunu döyən qadına HÖKM OXUNDU

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Xəzərdə ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO