Ceyhun Bayramov Belarusun yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Andrey Ravkovun etimadnaməsinin surətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə Andrey Ravkovu təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Belarus arasında mövcud olan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

İki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirilib. Nazir Ceyhun Bayramov hər iki ölkənin mövqeyinin beynəlxalq hüquq prinsipləri, xüsusilə də suverenlik, beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslandığını ifadə edib.

Nazir müstəqilliyinin ilk günlərindən etibarən Azərbaycanın üzləşdiyi təhlükəsizlik təhdidləri, ərazilərinin 20%-nin Ermənistan tərəfindən hərbi işğalı, etnik təmizlənməsi, onilliklər ərzində davam edən işğal siyasəti, nəhayət 44 günlük Vətən Müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyulması və bölgədə hazırda mövcud olan vəziyyətlə bağlı Belarus səfirinə məlumat verib.

Səfir Andrey Ravkov Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makeyin salamlarını Nazir Ceyhun Bayramova çatdırıb. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə inkişaf edən əməkdaşlıq münasibətlərinin əsasında hər zaman beynəlxalq hüququn müstəqillik, suverenlik və ərazi bütövlüyünə dəstək prinsiplərinin dayandığı vurğulanıb.

O, ikitərəfli əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Hərbi əməliyyatlar dayandırılması və sülhün bərqərar olunması səyləri münasibətilə məmnunluq ifadə edən Belarus səfiri, hazırkı mərhələdə üçtərəfli razılaşmaların yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üzrə razılıqlarını ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yevlaxda açıq ərazidə YANĞIN OLDU

Yevlaxda açıq ərazidə YANĞIN OLDU

Məşhur türk aktyor özbəkistanlı aktrisa ilə EVLƏNDİ - VİDEO

Məşhur türk aktyor özbəkistanlı aktrisa ilə EVLƏNDİ - VİDEO

Ağcabədidə DƏHŞƏT: Ailəsi gənc oğlanın meyitini buradan TAPDI

Ağcabədidə DƏHŞƏT: Ailəsi gənc oğlanın meyitini buradan TAPDI

Tramp Sülh Şurasının yekun qətnaməsini İMZALADI

Tramp Sülh Şurasının yekun qətnaməsini İMZALADI

“Neftçi” Azərbaycan kubokunda mübarizəni DAYANDIRDI

“Neftçi” Azərbaycan kubokunda mübarizəni DAYANDIRDI

İlham Əliyev ”Sülh Şurası" fonduna ianə sənədinin imzalanma mərasimində İŞTİRAK ETDİ - VİDEO

İlham Əliyev ”Sülh Şurası" fonduna ianə sənədinin imzalanma mərasimində İŞTİRAK ETDİ - VİDEO

Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatdı - YENİLƏNİB/FOTO/VİDEO

Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatdı - YENİLƏNİB/FOTO/VİDEO

Canlı yayımda Qumralın halı PİSLƏŞDİ - VİDEO

Canlı yayımda Qumralın halı PİSLƏŞDİ - VİDEO

Tokayev Trampın adını daşıyan mükafatın təsis edilməsini TƏKLİF EDİB - VİDEO

Tokayev Trampın adını daşıyan mükafatın təsis edilməsini TƏKLİF EDİB - VİDEO

Ramazan ayının ikinci gününün iftar və imsak vaxtları - Günün DUASI

Ramazan ayının ikinci gününün iftar və imsak vaxtları - Günün DUASI

Suraxanıda qonşunun evindən oğurluq edən kirayənişin SAXLANILDI - VİDEO

Suraxanıda qonşunun evindən oğurluq edən kirayənişin SAXLANILDI - VİDEO

Vens Azərbaycan və Ermənistana TƏŞƏKKÜR ETDİ

Vens Azərbaycan və Ermənistana TƏŞƏKKÜR ETDİ

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

Birinci Liqa: “Şəfa” heç-heçə etdi, “Şahdağ Qusar” QALİB GƏLDİ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Abdin Fərzəliyev altı nəfəri İŞDƏN ÇIXARDI

Tramp İlham Əliyev və Paşinyan HAQDA: “Düşünürəm ki, onlar dostlaşıblar” - VİDEO

Tramp İlham Əliyev və Paşinyan HAQDA: “Düşünürəm ki, onlar dostlaşıblar” - VİDEO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

Yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu SEÇİLDİ

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Hikmət Hacıyev: “Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxmasının dərin simvolik mənası var”

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Çətin mərhələ başladı: Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana EKSTRADİSİYA EDİLDİ

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

“Sülh Şurası istənilən ölkəyə açıqdır” - Tramp

End of content

No more pages to load

RADİO