"Birləşmiş Millətlər Təşkilatı Azərbaycana hər cür dəstəyi davam etdirəcək".
Bizim.Media xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT Günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, BMT AYİB və Dünya Bankı ilə birlikdə Azərbaycana pandemiyadan sonra dəstəyini davam etdirəcək:
"Bu il Azərbaycan və BMT əlaqələrin qurulmasının 30 illiyini qeyd edir. BMT Azərbaycana minalardan təmizləmə, ətraf mühitin bərpası, enerji səmərəliliyi və digər sahələrdə dəstək göstərir.
Bizim.Media