"Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir".
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabındakı paylaşımında qeyd edilib.
“İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir”, - deyə paylaşımda qeyd olunub.
Bizim.Media

