Şahin Mustafayev Paşinyanın 3 buraxılış məntəqəsi ilə bağlı təklifinə CAVAB VERDİ

“Biz Ermənistan hökumətinin Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarını 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi üzrə öhdəliklərinin yerinə yetirilməsinin imitasiyası kimi qiymətləndiririk”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Çünki birincisi, aparılmış monitorinqin nəticələrinə görə, bu nöqtələrdən çıxan yollar relyefə və iqlim şəraitinə görə ilin böyük hissəsində, kommunikasiyaların bərpa edilməsinin məqsədlərindən biri olan Naxçıvanla nəqliyyat əlaqəsi və beynəlxalq tranzit daşımaları üçün yararlı deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi yaradılacaq? – Paşinyandan AÇIQLAMA


Bundan əlavə, bir qayda olaraq, keçid məntəqələri tərəflərin razılığı ilə, qarşılıqlılıq əsasında açılır. Azərbaycanla isə bu məsələdə heç bir razılaşma olmayıb.

Odur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinə dair məlum bəyanatın 9-cu bəndinin şərtlərinin yerinə yetirilməməsinin əsas səbəbi, Ermənistan tərəfindən aparılmış monitorinqin tövsiyə etdiyi avtomobil yolunun optimal marşrutunu təqdim etməməsidir”. Apa.az Baş nazirin müavininin dediklərindən sitat gətirib.

O vurğulayıb ki, həmçinin beynəlxalq tranzit daşımaları üçün keçid rejimlərinin və paritet əsasda daxili daşımalar üçün sadələşdirilmiş keçid rejimlərinin razılaşdırılması mühüm əhəmiyyət kəsb edir:

“Beləliklə, Ermənistan tərəfinin mövzu üzrə spekulyasiyası və imitasiyası 20 aylıq danışıqlar prosesinin mahiyyətini təhrif edir, onun ləngiməsinə və son nəticədə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə gətirib çıxarır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Elgizlə Tolik qohum oldu -VİDEO

Elgizlə Tolik qohum oldu -VİDEO

Ac qarnına bu İÇKİNİ içsəniz...

Ac qarnına bu İÇKİNİ içsəniz...

Tarkan konsertlərindən 500 milyon qazandı

Tarkan konsertlərindən 500 milyon qazandı

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

AZTV-nin sədr müavininə AĞIR İTKİ

AZTV-nin sədr müavininə AĞIR İTKİ

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

17 fevralda 4 bürcün həyatı dəyişəcək

17 fevralda 4 bürcün həyatı dəyişəcək

“Roma”nın qapıçısı “Beşiktaş”da

“Roma”nın qapıçısı “Beşiktaş”da

Bu məktəbdə şagirdlər dərsə gəlmir - VİDEO

Bu məktəbdə şagirdlər dərsə gəlmir - VİDEO

Tural Həsənliyə yüksək vəzifə verildi

Tural Həsənliyə yüksək vəzifə verildi

Ev tikintisində yeni ŞƏRT - “Tanış usta” dövrü bitir?

Ev tikintisində yeni ŞƏRT - “Tanış usta” dövrü bitir?

17 yaşlı qız qızdırmadan həyatını itirib

17 yaşlı qız qızdırmadan həyatını itirib

Bakıda DƏHŞƏT – Əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

Bakıda DƏHŞƏT – Əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur

Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur

Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

Sürücülərin 99%-nin doğru bildiyi YANLIŞ - Qəhvə yuxu qaçırtmır

Sürücülərin 99%-nin doğru bildiyi YANLIŞ - Qəhvə yuxu qaçırtmır

Xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ

Xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ

Türkiyədə avtobus aşıb - 16 nəfər xəsarət alıb - FOTO

Türkiyədə avtobus aşıb - 16 nəfər xəsarət alıb - FOTO

“Qalatasaray” bu futbolçunu icarəyə verdi

“Qalatasaray” bu futbolçunu icarəyə verdi

Türkiyədə ard-arda 3 zəlzələ oldu

Türkiyədə ard-arda 3 zəlzələ oldu

End of content

No more pages to load

RADİO