"Əgər mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, bundan sonra hələ 5 il yaşayacağam və sədr kimi fəaliyyət göstərəcəyəm".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.
"Mətbuatdan xahiş edirəm ki, AYB-yə düşmən münasibəti bəsləməyin, qərəzli yazılar yazmayın, hər şeyi tərsinə yozmayın. Bir az obyektiv və insaflı davranın",-deyə Anar bildirib.
Bizim.Media