İlham Əliyev: “Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır”

Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri xanım Ciorcia Meloniyə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Sədr,

İtaliya Respublikası Nazirlər Şurasının Sədri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Biz xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İtaliya bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaşdır. Yüksək səviyyəli müntəzəm siyasi dialoq, daim yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığımız, eləcə də gündən-günə genişlənən iqtisadi-ticari, enerji və humanitar sahələrdə əlaqələrimiz çoxölçülü strateji tərəfdaşlığımızı səciyyələndirən əsas cəhətlərdəndir.

Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf yolundadır.

İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir.

Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və əməkdaşlığımızın prioritet sahələrindən olan enerji sektorunda da səmərəli və məhsuldar birgə fəaliyyətimiz təqdirəlayiqdir.

İnanıram ki, Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığı, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İtaliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Elgizlə Tolik qohum oldu -VİDEO

Elgizlə Tolik qohum oldu -VİDEO

Ac qarnına bu İÇKİNİ içsəniz...

Ac qarnına bu İÇKİNİ içsəniz...

Tarkan konsertlərindən 500 milyon qazandı

Tarkan konsertlərindən 500 milyon qazandı

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

AZTV-nin sədr müavininə AĞIR İTKİ

AZTV-nin sədr müavininə AĞIR İTKİ

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

17 fevralda 4 bürcün həyatı dəyişəcək

17 fevralda 4 bürcün həyatı dəyişəcək

“Roma”nın qapıçısı “Beşiktaş”da

“Roma”nın qapıçısı “Beşiktaş”da

Bu məktəbdə şagirdlər dərsə gəlmir - VİDEO

Bu məktəbdə şagirdlər dərsə gəlmir - VİDEO

Tural Həsənliyə yüksək vəzifə verildi

Tural Həsənliyə yüksək vəzifə verildi

Ev tikintisində yeni ŞƏRT - “Tanış usta” dövrü bitir?

Ev tikintisində yeni ŞƏRT - “Tanış usta” dövrü bitir?

17 yaşlı qız qızdırmadan həyatını itirib

17 yaşlı qız qızdırmadan həyatını itirib

Bakıda DƏHŞƏT – Əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

Bakıda DƏHŞƏT – Əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur

Lamiyə Vəliyevanın əcnəbi həyat yoldaşı Azərbaycan millisinə cəlb olunur

Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

Sürücünün avtobusda mərsiyə səsləndirməsinə “BakuBus”dan MARAQLI CAVAB – “Qəsdən etməyib”

Sürücülərin 99%-nin doğru bildiyi YANLIŞ - Qəhvə yuxu qaçırtmır

Sürücülərin 99%-nin doğru bildiyi YANLIŞ - Qəhvə yuxu qaçırtmır

Xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ

Xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ

Türkiyədə avtobus aşıb - 16 nəfər xəsarət alıb - FOTO

Türkiyədə avtobus aşıb - 16 nəfər xəsarət alıb - FOTO

“Qalatasaray” bu futbolçunu icarəyə verdi

“Qalatasaray” bu futbolçunu icarəyə verdi

Türkiyədə ard-arda 3 zəlzələ oldu

Türkiyədə ard-arda 3 zəlzələ oldu

End of content

No more pages to load

RADİO