İlham Əliyev Britaniyanın yeni Baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunaka təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Baş nazir, 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. 

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. 
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə yatıran ölkə və ən iri ticarət tərəfdaşlarımızdan biridir. Ölkələrimiz arasında siyasi, mədəni, təhsil və digər sahələrdə də əməkdaşlıq dinamik inkişaf etməkdədir. 

Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlıq münasibətlərini xüsusi qeyd etmək istərdim.

Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx tərəfdaşlığını, həyata keçirdiyimiz irimiqyaslı layihələrdə Birləşmiş Krallığın yaxından iştirakını və dəstəyini yüksək qiymətləndiririk.

Eyni zamanda, son otuz ildə neft-qaz hasilatında yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində də işbirliyimiz bizi sevindirir. 

İki il bundan əvvəl işğaldan azad etdiyimiz ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işlərində Birləşmiş Krallığı təmsil edən şirkətlərin iştirakı təqdirəlayiqdir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalan minaların təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni alqışlayırıq. 

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluğun möhkəmləndirilməsi, ikitərəfli əlaqələrimizin bütün sahələrdə dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. 
Bir daha Sizə təbriklərimi və ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Azərbaycan klubunda yeni məşqçi

Azərbaycan klubunda yeni məşqçi

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Elgizlə Tolik qohum oldu -VİDEO

Elgizlə Tolik qohum oldu -VİDEO

Ac qarnına bu İÇKİNİ içsəniz...

Ac qarnına bu İÇKİNİ içsəniz...

Tarkan konsertlərindən 500 milyon qazandı

Tarkan konsertlərindən 500 milyon qazandı

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

AZTV-nin sədr müavininə AĞIR İTKİ

AZTV-nin sədr müavininə AĞIR İTKİ

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

17 fevralda 4 bürcün həyatı dəyişəcək

17 fevralda 4 bürcün həyatı dəyişəcək

“Roma”nın qapıçısı “Beşiktaş”da

“Roma”nın qapıçısı “Beşiktaş”da

End of content

No more pages to load

RADİO