Azərbaycanın İsveçrədəki səfirliyi binaya hücumların qarşısının alınması üçün ölkənin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.
Bizim.Media xəbər verir ki. bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov bu gün Cenevrədə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bütün dünyada Azərbaycanın səfirlik binalarına silsilə hücumlar fonunda bu məsələ aktuallığını saxlayır.
"Mən Brüsseldə işləyərkən səfirliyin yeni açılmış binasına hücum edilmişdi. Altı əməkdaş xəsarət almış, binaya 49 min avro məbləğində ziyan vurulmuşdu. Ona görə də biz bu cür halların qarşısının alınması üçün yerli hüquq-mühafizə orqanları ilə fəal işləməyə başladıq", - səfir deyib.
Bizim.Media