İlham Əliyev Yazıçılar qurultayının iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev Azərbaycan yazıçılarının XIII qurultayının iştirakçılarına təbrik məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli qurultay nümayəndələri! 

Sizi Azərbaycan yazıçılarının XIII qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə nailiyyətlər arzu edirəm. 

Azərbaycan xalqı şeirə, sənətə böyük qiymət verərək, cəmiyyət və gələcək nəsillər qarşısında dərin mənəvi məsuliyyət hissi ilə yazıb yaradan qələm sahiblərinə daim ehtiram bəsləmişdir.

Onlar çoxəsrlik söz xəzinəmizin zənginləşməsi, mədəni dəyərlərimizin saflığının qorunması və ictimai fikrin milli özünüdərk zəminində formalaşması işinə misilsiz töhfələr bəxş etmişlər.

Ədəbiyyatımızı milliliklə bəşəriliyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz ustalarının xatirəsi ölkəmizdə əziz tutulur.

Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlarımızın ruhuna mübarizə əzminin aşılanması və müstəqilliyimizin mənəvi zəmininin möhkəmlənməsi yolunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər. 

Mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayınızın parlaq Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür.
Azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparacağınıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinizə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Azərbaycan klubunda yeni məşqçi

Azərbaycan klubunda yeni məşqçi

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Elgizlə Tolik qohum oldu -VİDEO

Elgizlə Tolik qohum oldu -VİDEO

Ac qarnına bu İÇKİNİ içsəniz...

Ac qarnına bu İÇKİNİ içsəniz...

Tarkan konsertlərindən 500 milyon qazandı

Tarkan konsertlərindən 500 milyon qazandı

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

AZTV-nin sədr müavininə AĞIR İTKİ

AZTV-nin sədr müavininə AĞIR İTKİ

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

17 fevralda 4 bürcün həyatı dəyişəcək

17 fevralda 4 bürcün həyatı dəyişəcək

“Roma”nın qapıçısı “Beşiktaş”da

“Roma”nın qapıçısı “Beşiktaş”da

End of content

No more pages to load

RADİO