“İran-ABŞ və Avropa üçlüyü ilə imzalanan nüvə anlaşmasını xüsusilə dəstəkləmişdik. Təəssüf ki, Tramp administrasiyası bu razılaşmadan geri çəkildi”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında bildirib.
O, ümidvar olduğunu bildirib ki, Bayden administrasiyası İranla razılığa dönəcəklər və sanksiyalar ləğv ediləcək.
Çavuşoğlu Türkiyənin İranı ABŞ-ın sanskiyalarına qarşı dəstəklədiyini bildirib:
“Qardaşım Cavada dedim ki, bu məsələdə Türkiyə olaraq lazımlı dəstəyi verəcəyik”.
Bizim.Media