Oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 2-ci ildönümüdür.
Bizim.Media xəbər verir ki, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu tərəfindən Qubadlı şəhəri işğalçılardan azad edilib, üçrəngli bayrağımızı şəhərə sancılıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.
Qeyd edək ki, rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı infrastrukturun bərpası işləri də davam etdirilir.
Bizim.Media