"Vətən müharibəsindən sonra biz Azərbaycanla münasibətlərimizi yeni səviyyəyə qaldırdıq".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Türkiyə lideri ötən həftə Zəngilan hava limanının açılışında iştirakını xatırladıb.
"Biz Suşa bəyannaməsini sürətlə keçərək yeni dövrü formalaşdırdıq. Minaların təmizlənməsini yaxşılaşdırmaq üçün sürətli bir addım atmağa qərar verdik",- deyə Ərdoğan qeyd edib.
Bizim.Media