Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyə Respublikasına işgüzar səfərə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo" sərgisində iştirakı planlaşdırılır.
Bizim.Media