Əli Kərimli niyə narahatdır? – Maraqlı SƏBƏB

Qərb yenə fəallaşıb. Ermənistan-Azərbaycan sərhəddinə gündə bir missiya göndərir. Bu missiyalar gah Aİ-nin, gah da ATƏT-in adından çıxış edir. Hələ Fransanın canfəşanlığını demirik.

Əslində, burda qəribə heç nə yoxdur. Zatən biz Aİ-ni də, ATƏT-i də son 30 ildə çox yaxşı tanıdıq, bildik. Onların nə istədiyi hər bir azərbaycanlıya gün kimi aydındır. Amma aydın olmayan bir məsələ var. Özünü müxalifət adlandıran bəziləri bu proseslər fonunda yaman “fəallaşıb”.

Ermənilərin böyük bacısı, Makronun kiçik qardaşı kimi danışan “bəy”

Çoxdandır səs-sorağı gəlməyən Əli Kərimli son vaxtlar yaman canfəşanlıq edir. Özü də bütün çabalarının ana xəttini Qərbə yarınmaq cəhdləri təşkil edir. Bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron Azərbaycan haqqında hədyanalar söylədi.
Makronun sərsəmləmələri təkcə Azərbaycanda deyil, qonşu dövlətlərdə böyük etiraz doğurduğu bir halda Əli Kərimli onun müdafiəsinə qalxdı. Gah dedi ki, Makron bəyin fikri konteksdən çıxarılıb, gah da and-aman elədi ki, Emmanuelin sözləri düzgün tərcümə olunmayıb. Bir sözlə, Əli bəy ermənilərdən daha çox Makronun müdafiəsinə qalxdı. Niyə? Cavabını bir az sonra verəcəyik.

Əli Kərimli yeni ampulada

Əli Kərimli son günlər başlayıb Aİ-ni və ATƏT-in sözçüsü kimi danışmağa. Deyir ki, Aİ-nin missiyası Ermənistanda gəlib oturub, bəs onlar Azərbaycana niyə buraxılmır. Üstəlik, bunu Azərbaycanın diplomatik uğursuzluğu kimi təqdim etməyə şalışır.

Əli Kərimli özünü siyasət adamı sayır. Amma siyasətin əlifbasından xəbərdar olan hər bir adam bilir ki, iki ölkə arasında münasibətlərə üçüncü ölkə qarışırsa, bu, artıq müdaxilədir. Aİ də, ATƏT də, lap elə okeanın o tayındakılar da çalışır ki, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində onların imzası olsun.

Daha doğrusu, sülh sazişi onların maraqlarına uyğun şəkildə imzalansın. Azərbaycan dövləti də haqlı olaraq bəyan edir ki, bağlanacaq sülh sazişi yalnız iki dövlətlərin maraqlarına xidmət etməlidir. Burda üçüncü qüvvənin müdaxiləsinə və yaxud təklifinə ehtiyac yoxdur.

O cümlədən də, iki ölkə arasındakı sərhəddin delimitasiyası və demarkasiyası yalnız Azərbaycanla Ermənistanı maraqlandıran bir məsələdir. Üstəlik, sərhədlərin dəqiqləşdirilməsi beynəlxalq güclərin diktəsi ilə deyil, tarixi xəritələrlə və beynəlxalq qanunlarla müəyyən edilir.
Bəs, hamıya bəlli olan bu həqiqət niyə Əli Kərimliyə çatmıır?

Səbəb bəllidir. Çünki, Əli Kərimli çoxdan millilikdən çıxıb. Ta o vaxtdan ki, Azərbaycanın milli maraqlarını unudub Qərbin qrantlarına aludə olub, rəngli inqilablar həvəsinə düşüb. O, Azərbaycanın uğurlarının əleyhinə çıxmağa sadəcə məhkumdur. Bunun da bir neçə səbəbi var.

Birincisi, Əli Kərimlinin qibləsi Qərbdir. Qərbin maraqları Əli Kərimlinin gündəlik fəaliyyət proqramıdır.

İkincisi, Qərbin Azərbaycana təzyiqləri artdıqca Əli Kərimlinin iştahı açılır. Çünki, istənilən dövlətə ən yaxşı təzyiq daxildə  qarışıqlıq yaratmaqdır. Ara qarışdırmaq, ağa qara demək də Əli Kərimlinin göbək adıdır.

Üçüncüsü, Qərbin təzyiqləri Əli Kərimli kimlər üçün qazanc, maddi dividend deməkdir. Qərbdəkilər istənilən addımı atmazdan əvvəl qarşıdakı dövlətin milli satqınlarının “nəbzini tutur”.

Ona görə də Əli Kərimlinin son çıxışları milli və dövləti maraqlardan deyil, korporativ istəklərdən qaynaqlanır. Çünki, Azərbaycan dövləti qüdrətləndikcə, regionun güc faktoruna çevrildikcə Əli Kərimlilər kimilərin boğazı quruyur, nəfəsləri kəsilir.
Çünki, belə vəziyyətdə Əli Kərimli kimilərin movcudluğu təkcə Azərbaycan xalqı üçün deyil, Qərb üçün də maraqsız və gərəksiz olur. Əli Kərimli də gərəksiz, atılmış, iylənmiş bir şey olmaqdan qorxur. Ona görə də o, son nəfəsində də tövbə eləyir, Qərbə sədaqət andı içir.   

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

"Diskotekanın bünövrəsini mən qoymuşam"

"Diskotekanın bünövrəsini mən qoymuşam"

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

Ter Ştegen əməliyyat olundu

Ter Ştegen əməliyyat olundu

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Azərbaycan klubunda yeni məşqçi

Azərbaycan klubunda yeni məşqçi

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

End of content

No more pages to load

RADİO