“Ermənistanın siyasi hoqqabazlıqları heç nəyi dəyişməyəcək” – Elman Nəsirov 

Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin ATƏT-ə Azərbaycanla sərhədə missiya göndərməsi üçün müraciət etdiyini açıqlamışdı. Rəsmi İrəvanın müraciətinə oktyabrın 19-da təşkilatdan cavab gəldi və oktyabrın 21-27-də Ermənistanın sərhəd ərazilərinə müşahidəçilərin göndəriləcəyi bildirildi. 

Bəs, ATƏT müşahidəçilərinin regiona gəlişi hansı məqsədlərə xidmət edir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elman Nəsirov qeyd edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi daha hansı siyasi hoqqabazlığa əl atacağını bilmir: 

“Bildiyiniz kimi, Praqa danışıqlarının gedişatında onlar Avropa İttifaqı missiyasının Azərbaycan-Ermənistan sərhədinə gəlməsini təklif etdilər. Azərbaycan Prezidenti isə prinsipial şəkildə bildirdi ki, onlar gələ bilərlər, lakin Azərbaycana gəlmələrinə ehtiyac yoxdur. Onlar KTMT-nin nəzarət zonasına gəlsinlər və orada öz missiyalarını yerinə yetirsinlər. Bizim ərazimizdə belə bir missiyaya ehtiyacımız yoxdur.  
 

Burada uğursuzluğa düçar olan Ermənistan indi də ATƏT-ə üz tutub. Əvvəla, ATƏT-in hələ Qarabağ münaqişəsinin həll olunmadığı vaxtda iki faktaraşdırıcı missiyası münaqişə zonasına gəlmişdi. Onların topladığı faktlardan isə nə Azərbaycan, nə də dünya ictimaiyyətinin xəbəri yox idi. Biz yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ermənistanın hansı vəhşilikləri törətdiklərini gördük.  


Lakin ATƏT missiyaları həmin vaxt məruzə etsələr də, bunun Ermənistan üçün heç bir təsir elementlərini hiss etmədik. Belə olan halda, haqlı olaraq Azərbaycan ictimaiyyətinin ATƏT-in Minsk qrupuna heç bir etimadı qalmadı. Lakin nəzərə almalıyıq ki, Minsk qrupu da müstəqil qurum deyil, məhz ATƏT-in tərkibinə daxildir. ATƏT isə öz dişsiz siyasəti ilə özünə olan inam və etibara böyük zərbə vurub. Günah da özlərindədir”. 

Elman Nəsirovun sözlərinə görə, Ermənistanın siyasi hoqqabazlıqları heç nəyi dəyişməyəcək: 

“Azərbaycanın prinsipial mövqeyi, güclü lideri və ordusu var. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycanın da səbrinin həddi var. Bizim mövqeyimiz bəllidir və arxadan zərbə vurmaq istəyənlərə cavabımız adekvat olacaq. Biz sülh istəyirik, lakin müharibəyə də hazırıq. 

Biz Ermənistanın təxribatına hazırıq. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz hətta Ermənistanla sülh müqaviləsi imzalasaq belə, ehtiyatımızı əldən verməməliyik. Biz məkrli düşmənlə üz-üzəyik və onun havadarları var. Yəni sülh müqaviləsinin özü belə bizi təxribatlardan 100 faiz qorumağa təminat vermir. Bunun üçün də hər zaman güclü olmalıyıq. Çünki güclü olduqda səninlə hesablaşırlar”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

"Diskotekanın bünövrəsini mən qoymuşam"

"Diskotekanın bünövrəsini mən qoymuşam"

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

Ter Ştegen əməliyyat olundu

Ter Ştegen əməliyyat olundu

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Azərbaycan klubunda yeni məşqçi

Azərbaycan klubunda yeni məşqçi

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

End of content

No more pages to load

RADİO