Anar Tahirov: “Qanunla bağlı məlumatı olmayan şəxslərin bu məsələdə fikir bildirməsi...”

“Media Reyestri ilə bağlı son günlər müzakirələr yenidən qızışıb. Bir qrup bilərək, bir kəsim də bilməyərək, yalançı iddialar ortaya atırlar. Amma boş populizmi kənara qoymaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu xəbər portalının rəhbəri Anar Tahirov şəxsi “Facebook” hesabında bildirib.

A.Tahirovun sözlərinə görə, “Media haqqında” qanun hələ ilk dəfə cəmiyyətə təqdim edildikdə geniş müzakirələrə səbəb olub, peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəs bu qanunu müsbət qarşılayıb:

“Jurnalistikadan öz maddi maraqları, yaxud digər məlum və məlun məqsədlərə alət üçün istifadə edənlərin əks reaksiyaları da buna paralel olaraq gəlməyə başladı. Onlar bacardıqları qədər bu qanunu qaralamağa, fərqli formada təqdim etməyə çalışdılar.
Media Reyestri fəaliyyətə başladıqdan sonra yenidən reallıqdan uzaq iddialarla səs-küy salanlar peyda oldu. Onlardan bəziləri bilərəkdən, bir qismi isə bilməyərəkdən iddialar ortaya atır, çaşqınlıq yaradırlar. Lakin qeyd etməliyəm ki, uzun illər mətbuatda olub, lakin qanunla bağlı məlumatı olmayan şəxslərin bu məsələdə fikir bildirməsi istər-istəməz ictimai rəyi yanlış istiqəmətə yönləndirir.

Birincisi, deyirlər ki, “qanun qüvvəyə minənədək fəaliyyət göstərən subyektlərin Reyestr formalaşdığı tarixdən 6 ay müddətində Reyestrə müraciət etməli olduqları qanun rəsmi dərc olunanda yox idi”.

“Bu iddianın absurdluğu ilə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Qanun qəbul olunduqdan və Prezident tərəfindən təsdiq edildikdən sonra müvafiq olaraq rəsmi qaydada dərc olunub. Artıq fəaliyyət göstərən subyektlərin reyestri fəaliyyətə başladıqdan sonra 6 ay ərzində müraciət etməli olduqları “Media haqqında” qanunda aydın formada öz əksini tapıb.

Maddənin məzmununa gəldikdə isə qeyd etməliyəm ki, dəfələrlə açıqlandığı kimi keçid müddəalar müəyyən müddət üçün nəzərdə tutulan normalardır. Keçid müddəalar olmasaydı, media subyektlərinin hüquqları açıq formada pozulmuş olacaqdı.
Ona görə də həmin subyektlərin vəziyyətini yeni yaranan media qurumlarının vəziyyəti ilə balanslaşdırmaq üçün 6 aylıq bir keçid dövrü müəyyənləşdirilib. Bu dövrün məqsədi yeni media qurumlarının öz fəaliyyətini “Media haqqında” Qanunun tələblərinə uyğunlaşdırmasına şərait yaratmaq üçün imkan yaratmaqdır. Və bir məqamı da qeyd etməliyəm ki, 6 ay sonra bu müddəa hüquqi qüvvəsini itirəcək və bu müddət ərzində Reyestrə müraciət etməyən subyektlərə də fəaliyyətə yeni başlayan subyektlərə tətbiq olunan müddəalar tətbiq olunacaq.

İkincisi, Media Reyestrinə daxil edilməyən jurnalistlər sorğu verə bilməyəcəklər; Nəinki jurnalistlərin, bütün vətəndaşların istənilən dövlət orqan və qurumuna sorğu vermək hüququ qanunlarda öz əksini tapıb.

Bu məsələ “İnformasiya əldə etmək haqqında” qanunda dəqiq və birmənalı şəkildə öz əksini tapıb.

Üçünücüsü isə “onlayn televiziyalar niyə Reyestrə düşməlidir ki?” sualıdır.

Qanunda onlayn televiziyaların Reyestrə düşməsinə dair tələb müəyyənləşdirilib. Onlar fəaliyyətlərini indiyə qədər necə davam etdiriblərsə, bundan sonra da eyni formada davam etdirə biləcəklər. Əgər könülləri istəsə, onda lisenziya almaq üçün Audiovizual Şuraya müraciət edə bilərlər.
Dördüncü və ən çox ortaya atılan iddia da belədir ki, guya Agentlik indiyə qədər açıqlama verəndə bildirirdi ki, Media Reyestrinə müraciət etmək könüllü xarakter daşıyır. MEDİA Agentliyi media subyektlərinə deyil, jurnalistlərə münasibətdə Reyestrin könüllü olduğunu hər zaman bildirib.

Bu qanunda da açıq şəkildə öz əksini tapıb. Media subyektlərinə münasibətdə isə könüllü müraciət anlayışı heç vaxt istifadə olunmayıb. Əksinə, MEDİA qanun qəbul edilikdən sonra dəfələrlə bu məsələ ilə bağlı açıqlamalar verib”,- deyə Bizim.Media-nın rəhbəri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

"Diskotekanın bünövrəsini mən qoymuşam"

"Diskotekanın bünövrəsini mən qoymuşam"

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

Ter Ştegen əməliyyat olundu

Ter Ştegen əməliyyat olundu

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Azərbaycan klubunda yeni məşqçi

Azərbaycan klubunda yeni məşqçi

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

End of content

No more pages to load

RADİO