ABŞ Müdafiə Nazirliyində Tayvana görə Çinlə qarşıdurma olmasını istəmirlər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlər qarşısında çıxışı zamanı deyib.
"Pentaqon Tayvanın təhlükəsizliyini təmin etmək üçün öhdəliklərə malikdir və onlar yerinə yetiriləcək.
Lakin biz Tayvanla bağlı fikir ayrılıqlarının Çinlə hər hansı qarşıdurmaya səbəb olmasının səbəblərini görmürük",- deyə o bildirib.
Bizim.Media