ABŞ Konqresinin binası yaxınlığında Vaşinqtonda Kapitol təpəsində 71 yaşlı bir nəfər nəzarətə alınıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.
Mənbə yazır ki, ondan 9 millimetrlik “Sig Sauer” tapançası və 20 patron götürülüb.
Həbsdən sonra o, polislərə "seçkilərin dürüstlüyündən narahat olduğunu" deyib.
Telekanalın informasiyasına görə, saxlanılan şəxsdə Qərbi Virciniyanı təmsil edən senatorların siyahısı olub.
Bizim.Media