“Zəngilan Beynəlxalq Hava Limanının açılması tariximizin ən zəngin səhifəsidir. İlham Əliyevin və Ərdoğanın təyyarəsinin ikinci dəfə Qarabağa eniş etməsi, sərhədlərimizdə Arazdan tank keçirən, bizə barmaq silkələyən ölkələrə cavabdır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Zəngilan hava limanının açılmasını şərh edərkən bildirib.
“Məhz Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin açılmasının ilkin mərhələsidir. Bu hava limanı koridora qarşı müqavimət göstərən ölkələri çıxılmaz vəziyyətdə qoyur. Artıq ortada reallıq var. Başqa dəhlizlərə ehtiyac yoxdur. Zəngəzur hər kəsin maraqlarına cavab verir.
Yadımdadır ki, daxildə radikal qüvvələr, xaricdə isə xainlər Qarabağda hava limanlarının tikintisinə mane olmaq istəyirdilər. Qoy indi reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan xalqından üzr istəsinlər” – deyə, Razi Nurullayev bildirib.
Murad Əhmədov, Bizim.Media