Daşkənddə sülh və təhlükəsizlik mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO 

Oktyabrın 19-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib. 

Məlumata görə, tədbirdə iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi, sülhün və əmin-amanlığın təmin olunması, həmçinin regional və qlobal təhlükəsizliyə yönəlmiş təhdidlərin qarşısının alınması, terrorçuluq və onun təzahürləri ilə, eləcə də sabitliyə mənfi təsir göstərən digər amillərlə mübarizədə göstərilən birgə səylər barədə fikir mübadiləsi aparıblar. 

General-polkovnik Əli Nağıyev çıxışında Əfqanıstanda uzun illərdir hökm sürən mürəkkəb vəziyyətlə əlaqədar respublikamız tərəfindən bu ölkəyə mütəmadi olaraq göstərilən texniki və humanitar yardımlardan söz açmış, dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin vacibliyindən danışıb. 

Xidmət rəisi bildirib ki, Əfqanıstan uzun zaman ərzində terrorçu və ekstremist qruplaşmaların əsas fəaliyyət məkanı olmuş, hazırda yerli hökumət tərəfindən belə halların qarşısının alınması istiqamətində müəyyən tədbirlərin görülməsinə baxmayaraq, cinayətkar birləşmələrin fəaliyyətinin hələ də müşahidə olunması Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına mane olur, Orta Asiyada yerləşən ölkələrlə yanaşı, digər dövlətlərin də milli təhlükəsizliyinə ciddi təhdidlər yaradır. 
Əli Nağıyev çıxışının sonunda Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin və əmin-amanlığın təminatı üçün göstərdiyi səylərin bundan sonra da davam etdiriləcəyini söyləmiş, belə bir konfransın keçirilməsinin regionda və Əfqanıstanda sülh və sabitliyə önəmli töhfə verəcəyinə inamını ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Saxta pasportla Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşına HÖKM OXUNDU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

“Tehran nə indi, nə də gələcəkdə raket proqramını müzakirə etməyi planlaşdırmır” - Əraqçi

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

Cüdoçumuz "Böyük Dəbilqə"nin FİNALINDA

"Diskotekanın bünövrəsini mən qoymuşam"

"Diskotekanın bünövrəsini mən qoymuşam"

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

Borc istədiyi tanışını talayan şəxs SAXLANILDI

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

“Rusiya bununla Avropanın təhlükəsizliyini risk altına atıb” - Zelenski

Ter Ştegen əməliyyat olundu

Ter Ştegen əməliyyat olundu

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

Saxta araq satan azərbaycanlı dəstəyə HÖKM OXUNDU

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - TƏLİM/FOTO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Siyəzəndə qadın 6 kiloqram narkotiklə SAXLANILDI - VİDEO

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

Bu qanun qüvvəyə mindi - 30 min manat CƏRİMƏ

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Azərbaycan klubunda yeni məşqçi

Azərbaycan klubunda yeni məşqçi

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

End of content

No more pages to load

RADİO