“AŞPA-da Ermənilərin bir neçə təklifi oldu, heç biri keçmədi”.
Bizim.Media xəbər verir ki bunu Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli “Facebook” hesabında qeyd edib.
O bildirib ki, qurumda ermənilərin dediklərinə heç kim diqqət yetirməyib:
“Bir neçə Fransa və Yunanıstan deputatından başqa heç kim ermənilərin dediklərinə diqqət yetirmədi, onları dəstəkləmədi. Bir erməni deputatı hətta etiraz aksiyası keçirdi iclas otağının qarşısında. Ona da önəm verən olmadı.”- deyə deputat vurğulayıb.
E.Qədirlinin sözlərinə görə, AŞPA-nın sessiyasında Rusiya-Ukrayna qarşıdurması daha çox müzakirə olunub:
“Ruslarla Ukraynalılar bir-birinə qarşı etik qaydaları aşan sözlər deyirdilər”
Bizim.Media