İlham Əliyev Gədəbəyə gedib -SƏFƏR

Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib.
Moderator.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verib.

***

Prezident İlham Əliyev sentyabrın 10-da Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Azərbaycan Prezidentini Gədəbəy aşıqları öz ifaları ilə salamladılar.  Sonra aşıq İsfəndiyar Rüstəmov çıxış etdi. Dövlət başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olundu.  Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etdi. Professor Məhərrəm Qasımlı rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür etdi.
 Daha sonra Prezident İlham Əliyev gənc aşıqların ifasını dinlədi.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bu musiqi ocağının təməli 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Bildirildi ki, bu ilin iyununda başa çatdırılan tikinti işləri çərçivəsində ikimərtəbəli binada bütün şərait yaradılmışdır. Musiqi məktəbində inşaat işləri “Lider Monolit” şirkəti tərəfindən həyata keçirilmişdir. Burada kitabxana və qiraət zalı yaradılmış, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilmişdir. Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə zəruri avadanlıqla təchiz olunmuşdur. Burada səsyazma studiyası da qurulmuşdur. Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanmışdır. Bundan əlavə, aşıq sənətinə dair müxtəlif eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda 150-dən çox aşıq vardır. Binanın ikinci mərtəbəsində divarda Azərbaycanın tanınmış aşıqlarının fotoları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə aşıq sənətinin inkişafı ilə bağlı Sərəncamlarının surətləri asılıb.

Dövlət başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirdi.

***

Prezident İlham Əliyev sentyabrın 10-da Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışında iştirak edib.

Dövlət körpünün yerləşdiyi avtomobil yolunun sxematik planı ilə tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, körpü Gədəbəy şəhərinin girişində, Şəmkir-Gədəbəy magistral avtomobil yolunun 42-ci kilometrliyində yerləşir. Çolpan çayı üzərində 1988-ci ildə tikilən üçaşırımlı, 60 metr uzunluğunda olan körpü uzunmüddətli istismardan və təbii aşınmalardan sonra qəzalı vəziyyətə düşmüşdü. Gədəbəy şəhərinə giriş üçün alternativ yol olmadığından yeni körpünün tikilməsinə zərurət yaranmışdı. Körpünün tikintisinə 2012-ci ilin noyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Yenidən qurulan körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır. Körpünün uzunluğu 95 metr, eni isə 14 metrdir. Dördaşırımlı körpü Gədəbəy şəhərinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin rayonun iqtisadiyyatının və turizmin inkişafında mühüm rol oynayacaq.

Azərbaycan Prezidenti Gədəbəydə aparılan abadlıq-quruculuq işlərindən bəhs edən videoçarxa baxıb.

Qeyd edildi ki, körpü ilə yanaşı, Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu da yenidən qurulmuşdur. Yoldakı hərəkət zolaqlarının eni 11,5, piyadalar üçün nəzərdə tutulmuş səkilərin eni 2,5 metrdir. Birinci mərhələdə yolun Gədəbəy-Novosaratovka hissəsi yenidən qurulmuşdur. Yeni yol yatağı tikilərək üzərinə asfalt-beton örtük salınmışdır. Sel sularının təsirindən uçmuş yol kənarları bərpa edilmişdir. Yolun bu hissəsinin uzunluğu 27 kilometrdir. İki hərəkət zolaqlı yolun eni 7 metrdir. Hazırda yolun bu hissəsində tikinti işləri tamamlanmışdır. İkinci mərhələdə yolun Novosaratovka-Qaravəlilər hissəsi çəkiləcək. Bu hissənin uzunluğu 29 kilometrdir. Layihəyə uyğun olaraq 10 metr enində torpaq yatağının üzərində eni 6 metr olan ikizolaqlı yol tikiləcəkdir. Bundan əlavə bəzi hissələrdə beton suaxıdıcı novların, yol çiyinlərinin, bəzi hissələrdə isə metal sədlərin tikilməsi nəzərdə tutulmuşdur. Yolun bu hissəsində hazırda tikinti işləri davam etdirilir. Hər iki layihə “Gəncəkörpütikinti-2” ASC tərəfindən uğurla icra olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

Suda bitən ÖMÜRLƏR - Bu yayın 21 FACİƏSİ – ARAŞDIRMA

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

End of content

No more pages to load

RADİO