Ermənistan paytaxtında Paşinyanın istefasını istəyənlər Respublika meydanına toplaşıb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, ilk dəfədir ki, mitinq siyasətçilər tərəfindən yox, fərqli şəxslər tərəfindən təşkil olunub.
İrəvanda “Respublika meydanı”na yığışanlar Nikol Paşinyanın baş nazir postunu tərk etməsi ilə yanaşı, onun həbsini da tələb ediblər.
Etiraz aksiyasının təşkilatçılarından biri kino prodüseri Armen Qriqoryandır.
Bununla yanaşı erməni aktyor Qrant Toxatyan da Ermənistandakı vəziyyətdən narazı olduğu üçün nümayişə qatıldığını bildirib.
Bizim.Media