Türkiyədə mədəndə partlayışda ölənlərin sayı 40-a çatdı - YENİLƏNİB - VİDEO

Türkiyənin Bartın bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb.

Bizim.Media xəbər verir ki, 110 işçidən 58-i xilas edilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir. 

12:47

***

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş verən partlayışın səbəbi bəlli olub. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib. 

Nazir deyib ki, hadisə mədən qazından qaynaqlanan partlayış nəticəsində baş verib. Partlayış zamanı meydana gələn yüksək təzyiq və temperatur çox sayda işçinin həyatını itirməsinə səbəb olub. 

F.Dönmez qeyd edib ki, partlayış nəticəsində bəzi yerlərdə qismən çökmə baş verib. O, yeraltı tuneldə havalandırma sisteminin düzgün işlədiyini deyib. 

O, 15 işçinin xilas edilməsi üçün işlərin davam etdirildiyini bildirib. 

“Hazırda 15 nəfər mədəndədir, onların axtarışlar davam etdirilir. Partlayışdan sonra yeraltı tuneldə yanğın baş verib. Hazırda yanğının və orada əmələ gələn dəm qazının təsirini azaltmağa çalışırlar”, - deyə nazir bildirib. 

F.Dönmez qeyd edib ki, 15 işçinin harada olduğu məlumdur. Nazir partlayış yerinin də təxmini bəlli olduğunu əlavə edib. 
 
“10-11 işçi yanğının davam etdiyi bölgədədir. Çox böyük yanğın deyil. Təhlükəsiz şəkildə oraya girmək üçün yanğının və karbonmonoksit qazının dəf edilməsi lazımdır. 4-5 işçimiz də çökmə olduğu bölgədədir”, - deyə o vurğulayıb.

*** 08.07

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, 11 yaralının müalicəsi davam edir.

Qəza zonasında 4 səhra hospitalı fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyənin Bartin vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüblər.

Hadisə ilə bağlı açıqlama verən Bartin valisi Nurtaç Aslan partlayışın Amasra Taşkömürü Müəssisəsində baş verdiyini və səbəblərinin hələ bəlli olmadığını deyib.

Çox sayda qrup bölgədə axtarış-xilasetmə işlərini davam etdirir. Mədənin 300 mərtəbə dərinliyində 44, 350-də isə 5 nəfərin qaldığı bildirilir. Səkkiz nəfər isə öz imkanları ilə çıxa bilib.

00:22

****

Türkiyənin Bartin vilayətində kömür mədənində həlak olanların sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər naziri Suleyman Soylu jurnalistlərə açıqlamasında qeyd edib.

Soylu bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 21 nəfər xəstəxanaya yerləşdirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

End of content

No more pages to load

RADİO