İranın qırmızı xətti üzərində İKİ QARA XƏTT – Terrorçuluq və biznes MARAQLARI

İran İslam Respublikası öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən, əvəzində işğalçıya hərtərəfli dəstək göstərən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər.

İki ay öncə İran Ermənistanın Sünik bölgəsindəki Qafan şəhərinə Baş konsulunu təyin edib.

Bununla Tehran bəyan edir ki, Sünik İranın qırmızı xəttidir. İran bu addımla bir daha sübut edir ki, hər zaman olduğu kimi yenə də ermənilərin yanındadır. 

Aydın məsələdir ki, İranın qorxduğu böyük Azərbaycan dövləti və Turançılıq ideyasıdır. Məhz bu təhlükədən sığortalanmaq üçün Tehran davamlı şəkildə Ermənistana siyasi və iqtisadi dəstək verib. Birinci Qarabağ müharibəsi illərində İran açıq və gizli şəkildə Ermənistanı dəstəkləyib. Həmin dövrdə fars rejimi Ermənistanla kommunikasiya xətlərini gücləndirdi.

Bu ölkəni təbii qazla təmin etdi. Bundan başqa, İran şirkətləri Ermənistan bir yana, işğal edilmiş Qarabağda belə şirkətlər açır, separatçı rejimə silah da daxil hərtərəfli yardım edirdi. 

1992-ci ilin amyın 8-də Şuşanın işğalında birbaşa İranın da rolu olub.

Habelə həmin dövrlərdə işğal olunmuş ərazilərdəki tikililər dağıdılaraq iranlı işbazlar tərəfindən İrana daşınıb. İran heç vaxt Ermənistanın insanlığa sığmayan müharibə cinayətlərinə etiraz səsini qaldırmayıb. Özünü İslam ölkəsi sayan İran Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına göz yumub.

İşğal dövründə Qarabağda olan Azərbaycan milli mədni irsinin dağıdılmasında ermənilərlə yanaşı İranlılar da aktiv iştirak edib. İşğal zamanı İranın Qarabağda “Mona Qrup”, “Kankar”, “Şərifli”, “Süleymani”, “Arya Filiz Nab”, Araz Mühacir Ticarət”, “Aftab”, “Arazfud”, “Nüsrəti”, “Pəyan-e Saderat”, “Vasif”, “Firuznejat”, “Nəcəfzadə”, “Kaimifa”, “Turac”, “Armen”, “Ava” da daxil olmaqla 80 şirkəti qanunsuz olaraq fəaliyyət göstərib.

Bu dəstək 44 günlük müharibədə özünü daha açıq şəkildə göstərdi. Son müharibədə rəsmi Tehran Ermənistana təkcə iqtisadi dəstək deyil, hərbi yardımlar da göndərdi.

Aydın məsələdir ki, fars rejiminin bu dəstəyi heç də ermənilərə olans evgidən qaynaqlanmır. İran sadəcə olaraq Azərbaycanın güclənməsindən narahatdır. Bunu özü üçün təhlükə hesab edir. Ona görə də İrəvana etdiyi dəstəkdə hədəf Azərbaycandır. 

Məhz onun nəticəsidir ki, Zəngəzur dəhlizinin açılmasını rəsmi Tehran özü üçün “qırmızı xətt” hesab edir. Hər vəhclə çalışılır ki, Zəngəzur dəhlizi açılmasın. Bunun üçün rəsmi İrəvana hər cür vədlər və dəstək verilir.

İran rəhbərləri müntəzəm olaraq Koçaryan və Sarkisyan kimi cəlladlara qucaq açmaqda davam edir.

Köçəryan oktyabrın əvvəlində çıxışı zamanı İranla münasibətlərin dərinləşdirilməsinin vacib olduğunu söyləyib:

“İndi İranla razılığa gəlmək, münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Bunun üçün hələ gec deyil. Çünki Tehran üçün regionda “milli maraqların” qorunması önəmlidir”. Bu açıqlama da göstərir ki, Tehran Köçəryan kimi cəlladlara, bölgədə sülhün bərqərar olmasında maraqlı olmayan qüvvələrə bel bağlayır.

İran rəhbərliyi yalnız sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyini və Azərbaycanın qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib.

İran Ermənistan sərhədini ona görə “qırmızı xətt” elan edib ki, Qarabağın azad edilməsindən sonra işğal dövründə nəzarətsiz qalan sərhəddən “boz zona” kimi istifadədən artıq məhrum olub, bu ərazidən artıq qaçaqmal ticarəti üçün istifadə edə bilmir və Cənubi Qafqaza çıxışda böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşüb. İranın 44 günlük müharibədən sonradı dövrdə belə ermənipərəst siyasəti davam etdirməsi onun bölgədə yaranan və türk birliyinin möhkəmlənməsinə xidmət edən yeni geosiyasi reallıqla barışmaq istəmədiyindən qaynaqlanır. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

End of content

No more pages to load

RADİO