Bu gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan hökuməti aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Armen Xaçatryan news.am saytına bildirib.
Onun sözlərinə görə, görüş yenicə başa çatıb.
“Belə görüşlər vaxtaşırı olur”, - deyə o, əlavə edib.
Bizim.Media