Kreml: “Ermənistan Rusiyadan aldığı məlumatları Qərb xüsusi xidmət orqanlarına ötürür”

Paşinyan administrasiyasının son dönəmlər yeritdiyi siyasətin Kremldə qıcıq yaratdığı aydın şəkildə görünür. Doğrudur, xeyli müddət Rusiya İrəvanın bu “dəcəlliyi”nə müəyyən qədər göz yummağa çalışırdı.

Lakin artıq Kremlin səbr kasasının dolub-daşdığı özünü daha açıq büruzə verir. Artıq Rusiya hakimiyyətinə yaxın mənbələr Ermənistanın xəyanətini sərt dillə tənqid etməyə başlayıblar.

Son olaraq “Nezıqar” teleqram kanalında yazılan təhlil yazısı Kremlin İrəvana qarşı mövqeyini ortaya qoydu. Teleqram kanalının bu qədər ciddi mənbə kimi qəbul edilməsinin səbəbi isə, onun Kremlə yaxın mənbə olduğunun hər kəs tərəfindən bilinməsidir. Bundan əvvəl də Moskvanın siyasəti ilə bağlı kanalda yayımlanan proqnozlar mütləq olaraq özünü doğruldub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda ÇEVRİLİŞ hazırlanır - Rusiya Paşinyanı əvəz edəcək şəxsi GÜNDƏMƏ gətirdi


Seçim edildi: “Ermənistan Rusiyanın kürəyinə bıçaq sancdı” 

Məqalədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın NATO nümayəndələri ilə görüşünə və bu fonda İrəvanın Rusiyaya arxa çevirməsinə xüsusi diqqət ayrılıb. Təhlil geniş olduğundan bir sıra xüsusi məqamları diqqətinizə çatdırmağı daha lazımlı hesab etdik: 

1. Ermənistan artıq iki kresloda eyni anda oturmaq siyasətini dayandırıb və Rusiyaya tamamilə üz çevirib.

2. İrəvanın KTMT-də üzvlüyünü davam etdirəcəyi sual altındadır.

3. Moskvanın son sərhəd münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi Ermənistanın xoşuna gəlmədi.

4. Rusiya xüsusi xidmət orqanlarının işi ilə bağlı məlumatlar Qərbin xüsusi xidmət orqanlarına ötürülür və bu heç də sirr deyil.

Sonuncu qeyd etdiyimiz məqama daha çox diqqət yetirməkdə fayda var. Çünki bu faktiki olaraq Kreml, daha dəqiqi heç bir böyük güc üçün qəbul edilə biləcək məsələ deyil. Bu, müttəfiqə qarşı açıq xəyanətdir və Ermənistan faktiki olaraq Moskvanın əlehinə casusluqla məşğuldur.

Eyni zamanda biz, Rusiyanın xarici siyasətinə diqqət yetirsək, bunun nə qədər təhlükəli nəticələrinin ola biləcəyini görə bilərik. Əvəzində Moskva üçün balanslı siyasət yürüdən ölkələr məqbul tərəfdaş (Azərbaycan və Türkiyə) hesab olunur.

Digər tərəfdən düşünülə bilər ki, Rusiyanın başı Ukraynaya qarışıb, ona görə də Ermənistan onun üçün önəmsiz detaldır. Lakin bu heç də doğru yanaşma deyil. Çünki Kreml Cənubi Qafqaz kimi strateji regiondakı forpostunu, özü də belə bir çətin məqamda itirməyi qəbullana bilməz. Yəni, Paşinyanı törətdiyi cinayətin cəzası gözləyir.

Bəs, Rusiyanın Ermənistana cəzalandırması Azərbaycana nə qazandıracaq?

Bundan təkcə Azərbaycan qazanmayacaq, çünki bütün regionda sülh bərqərar olacaq. Bu gün Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində Azərbaycan və Rusiyanın maraqlarında ortaq nüansların sayı olduqca çoxdur. Xüsusən də, Zəngəzur dəhlizi məsələsində.
Hətta əminliklə deyə bilərik ki, koridorun ən qısa müddətdə açılması Azərbaycandan çox sanksiyalardan əziyyət çəkən Moskvaya lazımdır.

Zəngəzur düyünün açılması isə faktiki olaraq sülhə gedən yolun açılmasıdır. Rəsmi Bakının da istəyi məhz budur.

İndiki şəraitdə Moskvanın kürəyinə sancılan bıçaq Paşinyanın başı üzərindəki “Domokl qılıncı”na çevrilib. Nikol tez bir zamanda sülhə razılaşmalıdır. Sülhün formulu da Azərbaycanın təqdim etdiyi 5 baza prinsipindən keçir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada Azərbaycan “Coca-Colası” adı ilə saxta məhsul istehsal edilirmiş... – VİDEO

Rusiyada Azərbaycan “Coca-Colası” adı ilə saxta məhsul istehsal edilirmiş... – VİDEO

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

Kapital Bank-da məktəblilər üçün “Smart Money Talks” sessiyası təşkil edildi

İran müharibəsi ilə bağlı MƏRC İDDİASI – Trampın oğlunun da adı SİYAHIDADIR...

İran müharibəsi ilə bağlı MƏRC İDDİASI – Trampın oğlunun da adı SİYAHIDADIR...

Tramp Baydeni belə parodiya etdi – VİDEO

Tramp Baydeni belə parodiya etdi – VİDEO

"Ən aqressiv şərhləri qadınlar yazır" – FOTO

"Ən aqressiv şərhləri qadınlar yazır" – FOTO

Hava kəskin DƏYİŞİR – Külək güclənəcək, intensiv yağış yağacaq

Hava kəskin DƏYİŞİR – Külək güclənəcək, intensiv yağış yağacaq

Avtomobil idxalında KƏSKİN AZALMA – Bu maşınlar BAHALAŞACAQ

Avtomobil idxalında KƏSKİN AZALMA – Bu maşınlar BAHALAŞACAQ

Bu bürclərin sevgi bəxti açılır

Bu bürclərin sevgi bəxti açılır

ABŞ-da hazırlıqlar BAŞLADI – Neftin qiyməti 200 dollara çatarsa...

ABŞ-da hazırlıqlar BAŞLADI – Neftin qiyməti 200 dollara çatarsa...

Səudiyyədə YENİ TREND - İran dronlarının səsi zarafat mövzusuna çevrildi – VİDEO

Səudiyyədə YENİ TREND - İran dronlarının səsi zarafat mövzusuna çevrildi – VİDEO

KİV: SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanı ÖLDÜRÜLDÜ

KİV: SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanı ÖLDÜRÜLDÜ

Türkiyədə ZƏLZƏLƏ...

Türkiyədə ZƏLZƏLƏ...

Neft tankerinin vurulmasına Türkiyədən ilk REAKSİYA

Neft tankerinin vurulmasına Türkiyədən ilk REAKSİYA

Azərbaycan vətəndaşları bu ölkədə SAXLANILDI

Azərbaycan vətəndaşları bu ölkədə SAXLANILDI

“Qarabağ”ın qapıçısı komandadan AYRILA BİLƏR

“Qarabağ”ın qapıçısı komandadan AYRILA BİLƏR

Əraqçi Azərbaycana TƏŞƏKKÜR ETDİ

Əraqçi Azərbaycana TƏŞƏKKÜR ETDİ

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi YADDAŞINI İTİRDİ

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi YADDAŞINI İTİRDİ

İran raketinin İsrailə düşmə anı – VİDEO

İran raketinin İsrailə düşmə anı – VİDEO

Gəncədəki yanğında ölən şəxsin kimliyi BƏLLİ OLDU – FOTO

Gəncədəki yanğında ölən şəxsin kimliyi BƏLLİ OLDU – FOTO

Tək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr

Tək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr

Sürücülərin DİQQƏTİNƏ!

Sürücülərin DİQQƏTİNƏ!

Banqladeşdə dəhşətli qəza – 18 nəfər həyatını itirdi – VİDEO

Banqladeşdə dəhşətli qəza – 18 nəfər həyatını itirdi – VİDEO

“X” sosial şəbəkəsi ÇÖKDÜ – FOTO

“X” sosial şəbəkəsi ÇÖKDÜ – FOTO

Rusiyada məktəbli sinif yoldaşlarına arbaletlə hücum etdi – VİDEO

Rusiyada məktəbli sinif yoldaşlarına arbaletlə hücum etdi – VİDEO

End of content

No more pages to load

RADİO