“Xamenei hakimiyyətinin gücsüzlüyünü göstərdi” – İrandakı etirazlar nə ilə yekunlaşacaq?

Oktyabrın 3-də İranın Ali rəhbəri Ayətullah Xamenei yenidən ictimaiyyət qarşısına çıxıb. İranın birinci şəxsi üç həftədən çoxdur davam edən etirazlarla bağlı da fikirlərini bölüşüb və aksiyalarda xarici qüvvələri, xüsusən də, ABŞ və İsraili ittiham edib.

Digər tərəfdən Xameneinin səhhəti ilə bağlı problemlərin olduğu da bəlli idi. Hətta İran Ali rəhbərinin ölüm xəbərləri də yayılmağa başlamışdı.
Mövzu ilə bağlı ən çox maraq doğuran məsələlərdən biri də Xameneinin açıqlamalarının etiraz aksiyalarının gələcək seyrinə necə təsir göstərəcəyilə bağlıdır.

Bizim.Media ilə fikirlərini bölüşən Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan qeyd edib ki, Xameneinin çıxışından Məhsa Əmininin qatilinin tapılması və hadisənin araşdırılmasının nəzərdə tutulmadığı göründü:

“Problemin həlli ilə bağlı ölkənin birinci şəxsi heç bir açıqlama vermir. Sanki cəmiyyətdə belə bir problem yoxdur. Eyni zamanda hüquq mühafizə orqanları tərəfindən hər hansı vətəndaşın öldürülməsini başqa dövlətlərdə də olan hadisə kimi təqdim edir. Amma başqa dövlətlərdə polis qanunu pozan şəxsi güllələdikdə, bu hadisənin dövlətin təməl məsələlərinə aidiyyatı olmur. Məsələn, ABŞ-da hər hansı afro-amerikalının öldürülməsinin onun irqi mənsubiyyəti ilə bağlılığı yoxdur. Əgər olsa belə, polis işdən azad edilir, ona qarşı cinayət işi açılır.

Lakin İranda cinayət baş verib və cinayətkarı cəzalandırmırlar. Əksinə, cinayəti ört-basdır etmək üçün bəhanələr uydurulur. Cəmiyyətin ilk etirazı da həmin caninin tapılması idi. Əgər hadisə baş verən kimi cinayətkar tapılıb, cəmiyyətə təhvil verilsə idi, sonrakı addımlarda hakimiyyətin deyəcəyi sözlər çox olardı. Amma Xamenei bu çıxışı ilə Əminini qətlə yetirən polisi müdafiə edir”.

Sədrəddin Soltan İranda digər çoxsaylı problemlərin olduğuna da diqqət çəkib:

“İşsizlik, sosial, mədəni, insan hüquqları, milli-mədəni, iqtisadi, siyasi və s. sahələrdə çoxsaylı problemlər var. Son 20 ildə İranda baş verən etiraz aksiyaları da müxtəlif əsaslı olub. Məsələn, 2006-cı ildə Azərbaycan türkü təhqir olunduğuna görə, kütləvi etiraz aksiyaları başladı, 200-ə yaxın insan həyatını itirdi. 2009-cu ildə Yaşıllar hərakatının aksiyası siyasi məsələ idi. Yaxud 2019-cu ildə bahalaşmaya qarşı etirazlar zamanı 1500-ə yaxın insan öldü. Deməli, İranda çoxsaylı problemlər var və həllini gözləyir.

Bu problemləri xarici qüvvələrə bağlamaqsa hakimiyyətin gücsüzlüyüdür. Xamenei də oktyabrın 3-dəki çıxışında hakimiyyətinin gücsüzlüyünü göstərdi. Əgər dinc etiraz aksiyalarını yatırmaq üçün güc strukturlarından istifadə edilirsə və aksiyaçılar gülləbaran edilirsə, bu hakimiyyətin zəifliyidir.
Xamenei vəziyyətdən çıxmaq üçün, hicab qaydaları ilə bağlı yumşalmalar mövzusunda da ismarışlar verdi.

Bu cəmiyyətə, polislərə mesaj idi ki, qadınlar yarım hicabla olsalar, onlara təzyiq göstərilməsin. Hesab edirəm ki, perspektivdə İranda hicab məsələsi yavaş-yavaş aradan qalxacaq. Hakimiyyət istər-istəməz bu məsələdə ya güzəştə gedəcək, ya da görməzlikdən gələcək”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran raketinin İsrailə düşmə anı – VİDEO

İran raketinin İsrailə düşmə anı – VİDEO

Gəncədəki yanğında ölən şəxsin kimliyi BƏLLİ OLDU – FOTO

Gəncədəki yanğında ölən şəxsin kimliyi BƏLLİ OLDU – FOTO

Tək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr

Tək vasitə ilə aylarla təzə qalacaq: Kartof xərclərinə son qoyan sirr

Sürücülərin DİQQƏTİNƏ!

Sürücülərin DİQQƏTİNƏ!

Banqladeşdə dəhşətli qəza – 18 nəfər həyatını itirdi – VİDEO

Banqladeşdə dəhşətli qəza – 18 nəfər həyatını itirdi – VİDEO

“X” sosial şəbəkəsi ÇÖKDÜ – FOTO

“X” sosial şəbəkəsi ÇÖKDÜ – FOTO

Rusiyada məktəbli sinif yoldaşlarına arbaletlə hücum etdi – VİDEO

Rusiyada məktəbli sinif yoldaşlarına arbaletlə hücum etdi – VİDEO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri – FOTO

İlham Əliyevdən Banqladeş Prezidentinə MƏKTUB

İlham Əliyevdən Banqladeş Prezidentinə MƏKTUB

Uqanda ordusunun KOMANDANI – “İrana qarşı müharibəyə hazırıq” – FOTO

Uqanda ordusunun KOMANDANI – “İrana qarşı müharibəyə hazırıq” – FOTO

Gəncədə güclü YANĞIN – Ölən var

Gəncədə güclü YANĞIN – Ölən var

Bu saraya kasıblar da rahatlıqla girirdi – Çarın imzası ilə Sovet hökumətinin tikdirdiyi nadir bina – VİDEO

Bu saraya kasıblar da rahatlıqla girirdi – Çarın imzası ilə Sovet hökumətinin tikdirdiyi nadir bina – VİDEO

"Ona-buna söz atmaqla hara gedirsiniz?" – Əməkdar artistdən ŞOK SÖZLƏR

"Ona-buna söz atmaqla hara gedirsiniz?" – Əməkdar artistdən ŞOK SÖZLƏR

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Tovuzda ev yanır – ANBAAN VİDEO

Tovuzda ev yanır – ANBAAN VİDEO

Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər – RƏSMİ – SİYAHI

Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər – RƏSMİ – SİYAHI

Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdadır – FOTO/VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdadır – FOTO/VİDEO

UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO

UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

End of content

No more pages to load

RADİO