"Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır".
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni televiziyasına müsahibəsində deyib.
"Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bu gün danışıqlar masasında heç bir sənədin olmadığını bildirib: "Müəyyən bir mətnin olması arzuolunan olardı, belə olan halda işin iləlilədiyini demək olardı".
Bizim.Media