“Rəsmi İrəvan Bakı və Ankara ilə müqavilələr imzalamalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Ermənistan Dövlət Televisiyasına müsahibəsi zamanı deyib.
"Ölkəni çətin və ağrılı nəticələri olan qərarlar gözləyir. Lakin bunun başqa alternativi yoxdur",-deyə eks-prezident bildirib.
Ter-Petrosyan vurğulayıb ki, qonşularla barışıq sazişi imzalanmasa, dövlət yenidən qurulmalı olacaq.
Bizim.Media