Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan sentyabrın 22-də Rusiyaya işgüzar səfərə gedəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan hökumətinin saytı yayıb.
Moskvada Ermənistan baş nazirinin müavini Avrasiya İqtisadi Komissiyasının və Birlik ölkələrinin İqtisadi Şurasının müntəzəm iclaslarında iştirak edəcək.
Qeyd edək ki, Qriqoryan avqustun 30-da Moskvada olub. O, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə üçtərəfli komissiya çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iclasında iştirak edib.
Bizim.Media