İranda etiraz aksiyaları səngimək bilmir. Belə ki, paytaxt Tehranda etirazlar daha geniş vüsət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat verilib.
Məlumata görə, etirazçılar əsasən “Xameneyi qatildir, rəhbərliyi batildir” kimi şüarlar səsləndirirlər.
Xatırladaq ki, bir neçə gün öncə İranın "Əxlaq" polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsilə tutularaq qətlə yetirilməsinə bütün ölkə ərazisində əhali etiraz yürüşləri keçirir.
Bizim.Media