İstanbulda metro stansiyası tikintsi gedən ərazidə kran aşıb.
Bizim.Media “TRT”-yə istinadən xəbər verir ki, İstanbul Çəkməköy ərazisində yeni metro stansiyası tikintisi zamanı ərazidə iş kranı aşıb. Nəticədə tikintidə çalışan 2 nəfər həlak olub.
İstanbul Böyükşəhər Bələdiyyəsinin "twitter" hesabında bununla bağlı paylaşım edilib, vəfat edənlərin ailələrinə başsağlığı verilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bizim.Media