İran polisi bir neçə gün öncə qətlə yetirilən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı keçirilən yürüşlərdə etirazçılara atəş açıb.
Bizim.Media xəbər verir ki, nəticədə yüzlərlə nümayişçi yaralanıb. “Telegram” kanallarında atəş nəticəsində 10 yaşlı qızın yaralanması ilə bağlı görüntülər də yer alıb.
Aksiyada həyatını itirənlərin də olduğu bildirilir.
Qeyd edək ki, Məhsa Əmini bir neçə gün öncə ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib.
Bizim.Media